Icma.az
close
up
RU
COP29da Futbol Klublarının İqlim Naminə Alyansı yaradıldı

COP29da Futbol Klublarının İqlim Naminə Alyansı yaradıldı

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün COP29 çərçivəsində Futbol Klublarının İqlim Naminə Alyansı yaradılıb.
Bizim.Media xəbər verir ki, alyansın açılış tədbiri keçirilib.
Tədbirin aparıcısı iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının rolunu işıqlandıran bir sıra sənədli filmlərin müəllifi kimi tanınan, "Sky Sports" telekanalının şərhçisi Devid Garrido olub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir Azərbaycanın idman sahəsində böyük inkişaf yolu keçdiyini bildirib: "Azərbaycanın ən yaxşı futbol klubu olan "Qarabağ" son 10 ildir avrokubokların qrup mərhələlərində inamla mübarizə aparır".
COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Futbol Klubları Alyansının yaradılmasını qlobal futbol icması üçün nümunəvi bir addım olduğunu qeyd edib.
Bundan başqa, konfransda Avropa Klublar Assosiasiyasının rəhbəri Karl Marşal, “Qarabağ” klubunun prezidenti Tahir Gözəl, “Porto” (Portuqaliya ) klubunun meneceri Tereza Santos, “Liverpul” (İngiltərə) klubunun sosial layihələr üzrə direktoru Rişi Jain, İspaniyanın “Atletiko” klubunda Davamlılıq və Məsuliyyətli Biznesin rəhbəri Rocio Torres, "Tottenhem" (İngiltərə ) futbol klubunun Dayanıqlılıq üzrə meneceri Markus Perri, Türkiyəli futbol üzrə mütəxəssis, “Qalatasaray” Futbol Klubunun və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim çıxış edərək bu təşəbbüsü alqışlayıblar.
Qeyd edək ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması təşəbbüsü "Qarabağ” klubuna aiddir.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri