Icma.az
close
up
RU
“COP29da iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanırıq”

“COP29da iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanırıq”

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinreymin APA-ya müsahibə verib.

Gununsesi.info həmin müsahibəni təqdim edir:

– Xanım Tvinreym, ilk növbədə Bakıda keçirilən COP29 və burada müzakirə olunan məsələlərlə bağlı fikirlərinizi öyrənmək istəyərdik.

– Birincisi, onu demək istəyirəm ki, Norveç hökuməti olaraq, biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının və ya qısaca desəm, COP29-un Azərbaycanda keçirilməsindən və burada iştirak etməkdən məmnunuq. Budəfəki COP çox gözəl təşkil olunub, bütün elementlər son dərəcə mükəmməl şəkildə düşünülüb. Bu, çox vacib məsələdir, çünki sözügedən konfransa iştirakçı qismində gələn ölkələrin fəaliyyəti çox mühüm xarakter daşıyır. Onu deyə bilərəm ki, bizim danışıqçılardan ibarət qrupumuz yekun razılaşmaya nail olmaq istiqamətində son dərəcə gərgin fəaliyyət göstərir. Biz inanırıq ki, tərəflər yekunda iqlim maliyyəsi üzrə razılığa gələ biləcək. Eyni zamanda məlumdur ki, danışıqlar son dərəcə mürəkkəb şəraitdə aparılır, tərəf ölkələrin irəli sürdüyü tələblər həddindən artıq çoxdur. Buna baxmayaraq, Norveç yekun sənədin razılaşdırılacağına inanır.

– Sizcə, hansı məsələlər danışıqların yekununda tərəflərin yekun razılıq əldə etməsi yolundakı addımların önündə maneə yarada bilər?

– Biz iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanırıq və buna ümid edirik. Biz onu da bilirik ki, inkişaf etməkdə olan bir çox ölkənin iqlim maliyyəsinin məbləği ilə bağlı tələbləri çox yüksəkdir. Norveç və mən əminəm ki, bir çox ölkə yekun sənədin imzalanması üçün səylərini davam etdirəcək. Çünki biz bu məqamın çox həlledici və önəmli olduğunu başa düşürük. Mən hesab edirəm ki, iqlim maliyyəsi ətrafında müzakirələr çox vacibdir. Biz onun təmin edilməsi üçün özəl sektorun dəstəyindən yararlanmaq və əmin olmaq istəyirik ki, əksər ölkə iqlim maliyyələşməsinin ayrılması üçün təşəbbüskarlıq nümayiş etdirəcək.

– Xanım nazir, Norveçin COP29-un yekun sənədinin əldə olunmasına dair mövqeyi nədən ibarətdir?

– Biz bilavasitə yaşıl enerjidən istifadəyə keçidin təmin edilməsi məqsədilə COP29-un yekun sənədinin razılaşdırılmasında son dərəcə maraqlıyıq. Bu sahədə kifayət qədər maliyyə vəsaitinin təmin olunmasına ehtiyac çox böyükdür. Bunun üçün isə ölkələri bir çoxu daha artıq məbləğdə vəsaitin maliyyələşdirilməsini təmin etməli, eyni zamanda bu prosesə özəl sektorun təmsilçiləri də cəlb olunmalıdır. Çünki biz yaşıl enerji sahəsinin inkişafına böyük maliyyə axınının cəlbinə nail ola bilməsək, dünyada yaşıl enerjiyə keçid mümkün olmayacaq.

– Norveçin COP29-a önəm verməsini, yekun sənədin razılşamdırılmasın maraqlı olduğunu vurğulayırsınız. Lakin Norveç hakimiyyəti COP29-da rəhbərlik səviyyəsində təmsil olumadı. Bu barədə nə deyə bilərsiniz?

– Bu məsələni şərh etmək mənim səlahiyyətimdə deyil, ona görə də mən bu suala cavab verə bilməyəcəm. Bu sualın aidiyyəti üzrə ünvanlamasını daha məqsəduyğun sayıram.

– Norveçlə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

– Həm Norveç, həm də Azərbaycan nəhəng neft istehsalçısı olan ölkələrdir. Əlbəttə ki, bu amil hər iki ölkəyə əhəmiyyətli üstünlüklər qazandırır. Lakin mən hesab edirəm ki, hər iki ölkə enerji transformasiyası prosesini sürətləndirməlidir. Çünki ölkələrimiz arasında neft hasilatı sektorunda mövcud olan rəqabət qabiliyyəti və istehsal göstəricilərinə texnologiya sahəsində də ehtiyac var. Yekunda isə əlavə etmək istəyirəm ki, yaşıl enerji transformasiyasının sürətləndirilməsi bizim hər birimizdən asılıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see129

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri