COP29da iqlimlə bağlı böhranın müzakirəsi üçün Okean pavilyonu təqdim ediləcək KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Skripps Okeanoqrafiya İnstitutu və Kaliforniya Universitetinin (San-Dieqo) Qlobal Siyasət və Strategiya Məktəbinin tələbələri, müəllim və əməkdaşları Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcəklər.
Bu barədə KONKRET.az institutun məlumatına istinadən xəbər verir.
Qeyd olunub ki, COP29 çərçivəsində Skripps Okeanoqrafiya İnstitutu, “Woods Hole Oceanographic Institution” və digər aparıcı dünya okean təşkilatları tərəfindən təşkil edilən Okean pavilyonu (Ocean Pavilion) təqdim ediləcək. Bu da iqlim dəyişikliyində onun başlıca rolunu vurğulayacaq.
“Mavi zona”da yerləşən “Ocean Pavilion” COP29 nümayəndələri və beynəlxalq iqlim danışıqçıları üçün okeanla bağlı elm və həllərdən istifadə edərək iqlim böhranının həllinə dair ideya mübadiləsi üçün mərkəzi məkan olacaq”, – məlumatda bildirilib.
“Okean Yer iqliminin sabitləşdirilməsindən tutmuş əhalinin davamlı qida təminatına və dəniz növlərinin qorunmasına qədər bəzi vacib iqlim problemlərinin həllinə kömək edə bilər”, – Skripps Okeanoqrafiya İnstitutunun direktoru və Kaliforniya Universitetinin dəniz elmləri üzrə vitse-kansleri Marqaret Leynen vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















