Icma.az
close
up
RU
COP29da Könüllülərlə iş üzrə baş menecer: Ən qocaman könüllümüzün 76 yaşı var idi MÜSAHİBƏ

COP29da Könüllülərlə iş üzrə baş menecer: Ən qocaman könüllümüzün 76 yaşı var idi MÜSAHİBƏ

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bakıda 2024-cü ilin noyabr ayında baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) işi ilə ən çox diqqət çəkənlər sırasında könüllülər xüsusi yer tutdu.

Tədbirə cəlb olunan 3 minədək könüllünün fəaliyyəti təkcə yerli deyil, həm də beynəlxalq səviyyədə böyük diqqət çəkdi. 17 şöbə üzrə 35 fərqli rolda fəaliyyət göstərən könüllülər sadəcə qonaqlara deyil, həm də COP29 Azərbaycan əməliyyat Şirkətinin əməkdaşlarına və BMT nümayəndələrinə müvafiq əməliyyatların icrasında böyük dəstək göstərdilər.

COP29 Azərbaycan əməliyyat Şirkətində Könüllülərlə iş üzrə baş menecer Jalə Muradova “Report”a müsahibəsində könüllülərin hazırlıq səviyyəsindən, könüllülük fəaliyyəti üçün yaş həddindən, könüllü olmağın üstünlüklərindən və digər bir sıra məsələlərdən danışıb:

- COP29 Könüllülük Proqramının daha öncə təşkil edilmiş tədbirlərin könüllülər proqramından fərqi nə idi?

- Bildiyiniz kimi, ölkəmizdə könüllülük fəaliyyəti olduqca inkişaf edib. Belə ki, son 10 il ərzində ayrı-ayrı tədbirlərin uğurla təşkilində gənclərimiz könüllü olaraq yaxından iştirak ediblər. Əlbəttə, daha öncə ölkədə keçirilmiş tədbirlərə diqqət etsək, görərik ki, bu tədbirlərin əksəriyyəti mahiyyət etibarı ilə idman və ya konsert tədbirləri olub və əyləncə amilinin olması bu tədbirləri könüllülər üçün daha cəlbedici edib. COP29 isə daha rəsmi tədbir olduğu üçün burada könüllülərə fərqli prizmadan yanaşılırdı.

Adətən, könüllülük proqramının iştirakçılarını yüksək səviyyədə motivasiya etmək məqsədilə onlar üçün daha çox əyləncəli tədbirlər təşkil olunur, təlimlərin mövzuları isə daha çox könüllülərin maraq dairəsinə uyğun seçilir. COP29 isə fərqli, spesifik mövzuları olan bir tədbir idi. Biz COP29-un könüllülük proqramı çərçivəsində daha çox dayanıqlılıq, müyəssərlik və ətraf mühitin mühafizəsi məsələlərinə üstünlük verməklə yanaşı, könüllülərin bu istiqamətdə maarifləndirilməsi və inkişafına xüsusi diqqət ayırdıq.

- Könüllülərin COP29-a yüksək səviyyədə hazırlıqlı olmalarının sirri nədə idi?

- Azərbaycan tarixində COP29 on minlərlə insanın rəsmi surətdə iştirak etdiyi yeganə tədbir oldu. Sözsüz ki, bu prosesdə könüllülərin səmərəli iş nümayiş etdirmələri üçün komandamız məsuliyyət daşıyırdı. Biz yaxşı başa düşürdük ki, könüllülərin seçim və təlim proseslərinə xüsusi diqqət yetirməliyik və könüllülərin seçiminə başlamamışdan əvvəl əməkdaşlarımızın təliminə xüsusi diqqət ayırdıq. Əməkdaşlarımızın tam hazırlığı təmin edildikdən sonra biz könüllülərin seçim prosesinə start verdik.

Azərbaycanda könüllülərin xüsusi seçim prosesi yalnız bizim komanda tərəfindən həyata keçirilir. Bu seçimi xüsusi edən amil isə müsahibə prosesində könüllülərin bacarıqlarını müəyyən edərək onları müvafiq departamentlərə təhkim etməkdən ibarətdir və COP29 əsnasında biz bu yanaşmanın effektivliyini bilavasitə könüllülərin işində görmüş olduq.

Bununla yanaşı, könüllülərin təlim prosesi irimiqyaslı və beynəlxalq bir tədbirin tələblərinə uyğun olaraq hazırlanmışdı. Belə ki, könüllülər ümumi və rol təlimləri ilə yanaşı, həm də liderlik, kommunikasiya bacarıqları, ekoloji və sosial dayanıqlılıq, eləcə də müyəssərlik kimi mövzuları ehtiva edən seminar və təlimlərdə iştirak edirdilər.

Həmçinin biz könüllülərin “E-learning” onlayn tədris platforması vasitəsilə dayanıqlılıq, BMT-nin davranış qaydaları və kibertəhlükəsizlik üzrə maarifləndirilməsi üçün müvafiq təlimlər də təşkil etmişdik. Bu təlimlər sayəsində biz həm könüllülərin peşəkar inkişafına töhfə verir, həm də onları müxtəlif şöbələrin tələblərinə uyğun olaraq istiqamətləndirirdik. Onlayn təlimlərə olan yüksək marağı gördükdən sonra biz bu platformanı geniş ictimaiyyət üçün də açıq elan etdik.

- COP29-a hazırlıq çərçivəsində gənclərlə hansı işlər aparılırdı?

- Könüllülük proqramı çərçivəsində biz təkcə təlimlər deyil, həm də könüllülərin və cəmiyyətin maarifləndirilərək dayanıqlı davranışlara yiyələnməsi üçün beş müxtəlif regionu əhatə edən 35-dən çox tədbir həyata keçirdik. Bu tədbirlər müxtəlif ağacəkmə və təmizlik təşəbbüslərini, ümumilikdə isə iki min nəfər gənci əhatə edən düşərgə, velo-yürüşlər, “Tullantıdan incəsənətə” və digər sosial aksiyaları əhatə edirdi. Təşkil olunan tədbirlərin əsas qayəsi təkcə könüllülərin və cəmiyyətin maarifləndirilməsi deyil, həm də ətraf mühitin mühafizəsinə töhfə vermək idi.

- Könüllülərin işindən hər kəs razı qaldı. Sizə bununla əlaqədar rəy bildirən oldumu?

- Bəli, biz könüllülərin işi ilə bağlı çox müsbət rəylər aldıq. Könüllülərin fəaliyyəti ilə əlaqədar müsbət fikirləri həm nümayəndələr tərəfindən göndərilən təşəkkür məktublarında, həm də sosial mediada könüllülərin fəaliyyətini vurğulayan postlarda görmək mümkün idi. Hətta bir faktı da qeyd edim ki, yekun plenar iclas zamanı bir sıra ölkələrin nümayəndələri növbədənkənar çıxış edərək könüllülərin fəaliyyətini xüsusi olaraq vurğuladılar və öz təşəkkürlərini bildirdilər. Könüllülərimiz tədbirin bütün mərhələlərində - hazırlıq, tədbir zamanı və tədbirdən sonrakı işlərdə yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirdilər. Onların gülərüz yanaşması, operativliyi və komanda ruhu hər kəs tərəfindən yüksək qiymətləndirildi. Bildirilən rəylərdə könüllülərimizin qonaqpərvərliyi və diqqəti xüsusi olaraq vurğulandı. Bu isə bizim üçün böyük qürur mənbəyidir və onların əməyi, həqiqətən, təqdirəlayiqdir.

- Könüllülük yalnız gənclərə aiddirmi?

- Azərbaycanda könüllü auditoriyasının böyük qismini gənclər təşkil etsə də, müxtəlif yaş qruplarından olan insanlar da könüllü kimi fəaliyyət göstərə bilərlər. COP29-da biz müxtəlif yaş kateqoriyalarından olan könüllüləri cəlb etmişdik və onların arasında müxtəlif qurumlarda çalışan şəxslər də var idi. Onu da qeyd edim ki, ən qocaman könüllümüzün 76 yaşı var idi. Könüllülük hər kəsin yeni bacarıqlar qazanması, təcrübə toplaması və cəmiyyətə töhfə verməsi üçün unikal fürsətdir. Yaşından asılı olmayaraq hamı könüllü kimi öz bilik və bacarıqlarını bölüşməklə yanaşı, həm də yeni dost və təcrübə qazana bilər.

- Gənclərin inkişafı baxımından könüllü olmanın hansı üstünlükləri nələrdir?

- Könüllülük gənclərin şəxsi və peşəkar inkişafına mühüm töhfə verir. İlk növbədə isə könüllülük gənclərin liderlik və kollektivçilik bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradır. Onlar müxtəlif tapşırıqları yerinə yetirərək təşkilatçılıq, ünsiyyət və problemlərin həlli kimi vacib bacarıqlar qazanırlar. Bundan əlavə, könüllülük gənclərə məsuliyyətli və nizam-intizamlı olmağı öyrədir. Yeni tanışlıq əlaqələri və geniş qarşılıqlı əməkdaşlıq imkanları onların sosial və peşəkar dairələrini daha da genişləndirir. Könüllülər həm də müxtəlif sahələrdə praktiki təcrübə toplayaraq gələcək karyeralarına daha yaxşı hazırlaşmış olurlar.

Eyni zamanda, könüllülük gənclərdə sosial məsuliyyət hissini də artırır və onlar cəmiyyət üçün faydalı olmaqdan məmnunluq duyurlar. Bu fəaliyyət onların özünə inamını gücləndirərək motivasiya yaradır. Bütün bu üstünlüklər gəncləri daha hazırlıqlı, inamlı və məqsədyönlü fərdlərə çevirir. Könüllülük onların uğurlu karyerası və şəxsi həyatı üçün də güclü bünövrə yaradır.

COP29 könüllüləri həm tədbir zamanı, həm də hazırlıq və sonrakı dövrlərdə qazandıqları bilik və bacarıqları, eləcə də dayanıqlı inkişaf, inklüzivlik və sosial məsuliyyət prinsiplərini gələcəkdə də tətbiq edə biləcəklər. Nəticədə isə COP29 könüllüləri ölkəmizdə təcrübəli kadrlar və sosial inkişafı dəstəkləyən gənc liderlər kimi formalaşmaqla yanaşı, gələcəkdə Azərbaycanın beynəlxalq layihələrdə uğurlu iştirakını təmin edən qüvvə olacaqlar. Buna görə də onlar ölkəmizin həm uzunmüddətli, həm də dəyərli mirasıdırlar.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri