Icma.az
close
up
RU
COP29da qatarlarla 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb

COP29da qatarlarla 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qatarlarla ümumilikdə 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmiryol Muzeyində COP29 günlərində fəaliyyət göstərmiş COP29 və ADY könüllüləri ilə görüşdə bildirilib.

Qeyd edilib ki, Azərbaycan Dəmiryol Muzeyi də bu dövrdə fəaliyyətini gücləndirib. COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gələn Çin, Almaniya, İsveçrə, Böyük Britaniya, Braziliya, İrlandiya kimi ölkələrin vətəndaşları muzeyi ziyarət ediblər.

ADY rəhbərliyinin iştirak etdiyi görüşdə ölkənin dünya əhəmiyyətli daha bir tədbirə uğurla ev sahibliyi etdiyi və bu prosesdə könüllülərin böyük əməyi olduğu diqqətə çatdırılıb.

Könüllülərin planetin gələcəyi naminə qlobal dialoqu dəstəkləmək məqsədilə fədakarcasına çalışaraq hər kəsi ruhlandırdığı, COP29-u hər kəs üçün əlçatan etdiyi vurğulanıb.

Qeyd olunub ki, COP29 və ADY könüllüləri noyabrın 11-23-də Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidinə kömək etməklə, onları qatarların hərəkət cədvəli ilə tanış etmək və istiqamətləndirməklə tədbirin uğurla keçməsinə töhfə veriblər.

Sonda ADY adından könüllülərə xatirə hədiyyələri və təşəkkürnamə təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri