COP29da Qazaxıstan karbon əkinçiliyinin inkişafı təşəbbüsünü təqdim edib
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verilir ki, yan tədbir çərçivəsində Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev vurğulayıb ki, karbon əkinçiliyinin tətbiqi karbon emissiyalarını azaltmaqla yanaşı, kənd təsərrüfatının davamlı inkişafını da təmin edə bilər.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Torpaq ehtiyatlarının idarə edilməsi Komitəsinin sədri Murat Temirjanov qeyd edib ki, karbon əkinçiliyinin inkişafı müasir texnologiyaların tətbiqini və ciddi qanunvericilik dəstəyini tələb edir.
Müzakirələr zamanı ekspertlər Qazaxıstanın karbon əkinçiliyi sahəsində liderlik üçün yüksək potensiala malik olduğunu vurğulayıblar. Bu, ölkənin texnoloji strukturunun modernləşdirilməsinə və çox sayda iş yerlərinin yaradılmasına töhfə verə bilər.(azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Noyabr 2024 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















