Icma.az
close
up
RU
COP29da Qırğızıstanın bütün yan tədbirləri çox uğurludur

COP29da Qırğızıstanın bütün yan tədbirləri çox uğurludur

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

"Biz bu gün Bakıda COP29-da olmaqdan və turizm sektoruna xüsusi diqqət yetirilməsindən çox məmnunuq".

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri açıqlamasında COP29-da iştirak edən Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Turizm Departamentinin direktoru Maksat Usubəliyev deyib.

"Bu səhərdən biz turizmin davamlı inkişafından danışırıq. Əsasən, mövzumuz dağ turizminin inkişafı - mövcud problemlər, onun inkişaf perspektivləri ilə bağlı idi. Qırğızıstanın 90 faizindən çoxunun dağlıq ərazi olduğunu nəzərə alsaq, əlbəttə ki, bu mövzu çox aktualdır. Bakıda təşkilati məsələlərdən danışırıqsa, bu, bizim buraya ilk səfərimizdir və lap əvvəldən, ölkəyə gələndən çox yaxşı təəssürat bağışlayır. Qonaqpərvərlik dərhal görünür və hiss olunur. Stenddə iş şəraiti çox yaxşıdır. Bildiyimə görə, Qırğızıstan ilk dəfədir ki, ayrı stendlə iştirak edir", - agentliyin həmsöhbəti qeyd edib.

M.Usubəliyevin sözlərinə görə, Qırğızıstanın stendi çox populyardır.

"Nəzər salsanız, COP29-da planlaşdırdığımız demək olar ki, bütün yan tədbirlər çox uğurludur. İnsanlar gəlir, maraqlanır, məlumat mübadiləsi aparırlar. Biz turizmi inkişaf etdiririk və eyni zamanda təbiət ərazilərinə antropogen yükü azaltmağa çalışırıq. Qırğızların təbiətlə harmoniyada yaşayan köçəri xalq olduğunu, ekoloji cəhətdən təmiz materiallar - gördüyünüz kimi, ağac və keçə istifadə etdiyini nümayiş etdirmək üçün bu gün milli məskənimiz olan çadırı gətirmişik. Bu cür texnologiyalar, təşəbbüslərin hamısı Qırğızıstan Respublikasında mövcuddur. Fürsətdən istifadə edərək bütün azərbaycanlı dostlarımızı və COP-un digər iştirakçılarını Qırğızıstan Respublikasını ziyarət etməyə dəvət edirik", - departamentin direktoru sözlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri