Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

COP29da quraqlıqla mübarizədə mühüm irəliləyiş əldə olunub Nazir

COP29da quraqlıqla mübarizədə mühüm irəliləyiş əldə olunub Nazir

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda COP29 çərçivəsində torpaqların deqredasiyası, səhralaşma və quraqlıq problemlərinin həlli ilə bağlı mühüm irəliləyiş əldə olunub.

Gununsesi.info  xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ər-Riyadda keçirilən COP16 çərçivəsində “Torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması üçün dövlət və özəl maliyyənin səfərbər edilməsi” mövzusunda Maliyyələşmə üzrə Nazirlər Dialoqunda çıxışı zamanı bildirib.

“Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası elm və siyasət platformasının məlumatlarına görə, torpaqların deqredasiyası, səhralaşma və quraqlıq hər il qlobal iqtisadiyyata təxminən 10 trilyon dollar ziyan vurur. Bu problemlər ekosistemlərə, qida təhlükəsizliyinə və icmaların rifahına ciddi təsir göstərir.

Bakıda COP29 çərçivəsində bu çağırışların həllində mühüm irəliləyiş əldə etdik. Əsas nailiyyətlərdən biri İtki və Zərər Fondunun fəaliyyətə başlaması oldu. Bu fond iqlim dəyişikliklərindən, o cümlədən, quraqlıqlardan ən çox təsirlənən ölkələrə vacib maliyyə dəstəyi göstərəcək. Bu, iqlim itkisi və zərəri probleminin həllində böyük bir irəliləyişdir və həssas icmalara torpaqların deqredasiyasının nəticələri ilə mübarizə aparmağa kömək edəcək”, – deyə o qeyd edib.

M.Babayev vurğulayıb ki, COP29-un daha bir mühüm nailiyyəti iqlim dəyişikliklərinə qarşı ən həssas ölkələri dəstəkləmək üçün yeni iqlim maliyyələşdirilməsi hədəfi ilə bağlı tarixi razılaşmanın əldə olunması olub. Bu razılaşma çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə illik 100 milyard dollardan 2035-ci ilə qədər 300 milyard dollara qədər üç dəfə artırılacaq, dövlət və özəl mənbələr hesabına isə illik 1,3 trilyon dollar səfərbər ediləcək.

“Bu, torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması səylərinin gücləndirilməsi üçün mühüm bir mərhələdir. Biz qəbul etməliyik ki, torpaqların bərpası uzunmüddətli investisiyalar tələb edir. Bu layihələr hər zaman dərhal nəticə verməsə də, uzunmüddətli perspektivdə onların ekosistemlər və icmalar üçün faydaları çox böyükdür”, – deyə nazir bildirib.

M.Babayev bildirib ki, COP29 çərçivəsində “Harmonia” Bakı İqlim Təşəbbüsü istifadəyə verilib.

“Bu təşəbbüs kənd icmalarını, qadınları və gəncləri dəstəkləməyə yönəlib. Əsas məqsəd, çoxtərəfli və milli inkişaf bankları arasında əməkdaşlığı gücləndirməklə iqlimə davamlı kənd təsərrüfatının inkişafıdır. Təşəbbüs maliyyə çatışmazlığını aradan qaldırmağa və torpaq eroziyasının qarşısını almaqla, davamlı kənd təsərrüfatı metodlarının təşviqi vasitəsilə fermerlərin dəyişən iqlimə uyğunlaşmasına dəstək verməyə hədəflənib”, – deyə o vurğulayıb.

Nazir əlavə edib ki, COP29-un digər mühüm nailiyyəti Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə tətbiq edilməsidir.

“Bu, torpaqların və meşə təsərrüfatının bərpası üçün dövlət və özəl investisiyaları cəlb edərək, beynəlxalq karbon bazarlarına çıxış imkanı açacaq. Bu maliyyə mexanizminin tam potensialını reallaşdırmaq üçün əsas maneələrin aradan qaldırılması vacibdir.

Özəl sektorun iştirakını təşviq etmək üçün uyğun siyasət, tənzimləmə və maliyyə stimulları vasitəsilə əlverişli şəraitin yaradılması olduqca əhəmiyyətlidir. Dövlət maliyyələşdirilməsi, o cümlədən, qrantlar, subsidiyalar və vergi güzəştləri, torpaqların bərpasına yönəlmiş uzunmüddətli layihələrin başlanmasına töhfə verə bilər. Bu layihələr həm ekoloji, həm də sosial faydalar təmin edəcək. Birlikdə maliyyə sistemimizi transformasiya edərək, torpaqlarımızın bərpasını dəstəkləyə və hər kəs üçün davamlı və dayanıqlı gələcək təmin edə bilərik”, – deyə Muxtar Babayev yekunlaşdırıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri