Icma.az
close
up
RU
COP29da rəqəmsallaşma və nəqliyyat Tematik günlər, təşəbbüslər, gözləntilər

COP29da rəqəmsallaşma və nəqliyyat Tematik günlər, təşəbbüslər, gözləntilər

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. İqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlər dəyərləndirilir, ən yaxşı həll yolları barədə müzakirələr aparılır. 

Avtosfer.az xəbər verir ki, COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib. Bu gündən isə COP29-un tematik günləri başlayıb.

7 tematik gündə maliyyədən təhsilə, kənd təsərrüfatından urbanizasiyaya qədər müxtəlif sahələrin iqlim dəyişikliyi ilə əlaqəli məsələlər müzakirə olunacaq. Təşkil olunan tədbirlər iqlim böhranının aradan qaldırılmasının sürətləndirilməsi üçün təcrübələrin, ideyaların bölüşüldüyü, əməkdaşlıqların qurulduğu və inkişaf etdirildiyi platformalar rolunu oynayacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsul olduğu sahələr üzrə təşəbbüslərini 2 tematik gün çərçivəsində təqdim edəcək. Nazirlik ümumilikdə 4 tədbirin həmtəşkilatçısıdır.

COP tarixində ilk: Rəqəmsallaşma Günü

16 noyabr COP29-da Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü olacaq.

COP tarixində Rəqəmsallaşma Gününün təşkili ilk dəfədir. Bu, rəqəmsal inkişaf yolu seçmiş, müasir innovasiya məkanının formalaşdırılmasını milli prioritet elan etmiş Azərbaycanın – COP29 Sədrliyinin təşəbbüsü ilə proqrama daxil edilib.

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır. Lakin onun enerji istehlakı və elektron tullantılar kimi mənfi tərəfləri də var.

İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaltmaqla tərəfləri davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyətə təşviq edəcək.

Yaşıl Rəqəmsal Fəaliyyət

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə təşkil edəcək.

Tədbirdə rəqəmsal texnologiyaların iqlim fəaliyyətini necə dəyişdirə biləcəyi araşdırılacaq.

Dəyirmi masada rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və uyğunlaşmanın gücləndirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması məsələləri müzakirə olunacaq.

Eyni zamanda davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi, rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılacaq.

Dəyirmi masanın yekununda Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsi, İKT sektorunda emissiyaların azaldılması və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.

Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır. Maraqlı tərəflər Bəyannaməyə qoşulmaq üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərlər.

Nəqliyyat Günü

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçısı olduğu digər tədbirlər noyabrın 20-si – Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində olacaq.

Həmin gün nəqliyyatın iqlim dəyişikliklərinə təsiri və iqlim fəaliyyətində rolu nəzərdən keçiriləcək.

Dünyada CO2 emissiyalarının 23%-i nəqliyyat sektorunun payına düşür. 1990-cı ildən bəri emissiyaların ən sürətli artım tempi məhz nəqliyyat və sənaye sektorunda müşahidə olunur. Vəziyyət indiki kimi davam edərsə, nəqliyyat sektorunda emissiyaların 2050-ci ilə qədər ikiqat artacağı proqnozlaşdırılır. 
Emissiyaların azaldılması ilə yanaşı, nəqliyyat sektorunun yaşıllaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində vacib rol oynayır.

Yaşıl şəhər nəqliyyatı

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçirilən tədbirlərdən biri “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası olacaq. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu tədbiri Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil edəcək.

Tədbir şəhər nəqliyyatının yaşıllaşdırılması mövzusunun dərindən araşdırılması məqsədi daşıyır.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası ilə bağlı strategiyaların hazırlanması gözlənilir.

Tədbir şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün hökumətlər və maraqlı tərəfləri daha sıx əməkdaşlığa təşviq edəcək. 

Dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün şəhərlərin kompakt və çox məqsədli inkişafı, eyni zamanda ictimai nəqliyyatın elektrikləşdirilməsi, elektrik mühərrikli avtobusların istismarı, metro və ya tramvay xidmətlərinin genişləndirilməsi tələb olunur. Təhlükəsiz piyada yolu və velosiped marşrutları, elektrik mühərrikli avtobuslar üçün enerjidoldurma infrastrukturu və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi bu istiqamətdə fəaliyyətin mərkəzində dayanır.

Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Tədbirin təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), həmçinin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).

Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son nailiyyətlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nazirləri, qurum rəhbərləri iştirak edəcəklər.

Dəyirmi masada yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri müzakirə olunacaq. Həmçinin innovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.

Beynəlxalq aviasiya və iqlim dəyişikliyi 

Noyabrın 20-də Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi panel müzakirəsini Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə birgə təşkil edəcək. 

Tədbirdə nazirlər, hökumət rəsmiləri, sənaye liderləri və maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər barədə diskussiya aparacaqlar.

Beynəlxalq aviasiya sektoru qlobal CO2 emissiyalarında təxminən 2% paya malikdir. Bu rəqəm digər sahələrlə müqayisədə az olsa da, yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Tədbirdə 2050-ci ilədək mülki aviasiyanın “Xalis Sıfır” emissiya məqsədinə çatmaq üçün ICAO-ya üzv dövlətlər və aviasiya sənayesinin digər maraqlı tərəflər və maliyyə birliyi ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.

Eyni zamanda bununla bağlı sənaye, hökumətlər və beynəlxalq təşkilatlar üçün prioritetlər, ehtiyac duyulan beynəlxalq siyasət və çərçivələr barədə fikir mübadiləsi aparılacaq.

Gözlənilən odur ki, Bakıda keçirilən COP29 tədbiri iqlim böhranının aradan qaldırılması ilə bağlı dəyərli irsi davam etdirəcək. Eyni zamanda bu prosesə yeni, əhəmiyyətli töhfələr verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see424

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see191

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see110

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

04 İyun 2025 07:18see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri