COP29da uşaqlar planetin və ətraf mühitin qorunmasına çağırış ediblər FOTOLAR
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin planetin və ətraf mühitin qorunması ilə bağlı çağırışlarını əks etdirən aksiya təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, mərkəzin rəhbəri Firuzə Sultanzadə jurnalistlərə açıqlamasında COP29 platformasının uşaqların səsini dünyaya çatdırmaq üçün unikal bir fürsət olduğunu qeyd edib.
Onun sözlərinə görə, tədbirin son günlərində uşaqların və gənclərin fikirlərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırlar.
"Bu gün COP29 platformasında, xüsusilə Mavi Zonada uşaqlarımız öz səsləri ilə böyüklərə və maraqlı tərəflərə müraciət edərək təbiəti qorumağın vacibliyini vurğuladılar," - deyə Firuzə Sultanzadə bildirib.
O həmçinin iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində uşaqların yaradıcılıq potensialının nümayiş etdirildiyini söyləyib:
"Biz uşaqların bu platformada iştirakını təmin etməklə onların səsini qlobal səviyyədə eşitdirir və gələcək nəsillər üçün daha yaxşı bir dünya qurmağa töhfə veririk".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 21 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















