Icma.az
close
up
RU
COP29da Xəzər müzakirə olunub: Dənizin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır

COP29da Xəzər müzakirə olunub: Dənizin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29-da Xəzər müzakirə olunub: Dənizin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır

Xəzər dənizi regionu zəngin biomüxtəlifliyə və ekosistemə malik unikal təbii mühitidir. Bununla belə, həmin region son onilliklərdə ciddi ekoloji problemlərlə üzləşib. Xəzər dənizi regionunun üzləşdiyi əsas problemlərdən biri iqlim dəyişikliyi və onun təsirləridir. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyi və biomüxtəliflikdəki dəyişikliklər – bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda yüksəksəviyyəli görüşdə deyib.

Nazir müavini bildirib ki, Xəzər dənizinin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə yaxın azalıb, son illərdə isə illik azalma həyəcanverici - 20-30 santimetrə çatıb. Həmin sürətli dayazlaşma təcili tədbirlər görülməsini tələb edən ciddi ekoloji və iqtisadi risklərə səbəb olur.

Onun sözlərinə görə, UNEP tərəfindən bu yaxınlarda hazırlanmış “Xəzər dənizinin səviyyəsinin tərəddüdləri və iqlim dəyişiklikləri” hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin düşməsi arasında mürəkkəb əlaqəyə dair kritik fikirlər təqdim edir: "Onun əsas nəticələri arasında dəniz səviyyəsindəki dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatlara və infrastruktura bir sıra təsirlərini aradan qaldırmaq üçün əlaqələndirilmiş, transsərhəd tədqiqatlara təcili ehtiyac olduğu yer alır. Əldə edilən fikirlərə əsaslanmaq və ekspert dialoqunu davam etdirmək vacibdir. Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasına kömək edəcək".

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 18 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see323

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see239

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see134

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see127

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see127

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see127

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri