Icma.az
close
up
RU
COP29da Yaşıl binalar və tikinti sektorunun dekarbonizasiyası mövzusunda panel keçirilib AZƏRTAC

COP29da Yaşıl binalar və tikinti sektorunun dekarbonizasiyası mövzusunda panel keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Yaşıl binalar və tikinti sektorunun dekarbonizasiyası" mövzusunda panel keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə inkişaf etməkdə olan bazarlarda inşaat sektorunun dekarbonizasiyasına dair ətraflı müzakirələr aparılıb. Bu sessiya icra oluna bilən strategiyaları araşdırmaq, sıfır karbon və dayanıqlı inşaat sektoru üçün dövlət və özəl sektorun səylərini uyğunlaşdırmaq məqsədilə beynəlxalq və yerli liderləri, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Çin, Cənubi Afrika və Türkiyədən olan sənaye nümayəndələrini bir araya gətirib.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Aliyə Əzimova keçən müddət ərzində IFC-nin Bakı ofisi ilə məhsuldar əlaqələr qurduğunu və onlarla birgə bir sıra layihələr həyata keçirdiyini xatırladıb. O, Kiçik və Orta Biznesin (KOB) yaşıl tikinti sənayesinin təmin edilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə Azərbaycanın tikinti ekosistemində KOB-ların rolundan bəhs edib. O, KOB-ların dünya üzrə fəaliyyət göstərən bütün müəssisələrin 90%-dən çoxunu təşkil etdiyini, bu səbəbdən də yaşıl tikinti infrastrukturuna tələbi artıra biləcəyini söyləyib: "Azərbaycan üçün mövcud statistik məlumatlara əsasən, tikinti sektorunda 16 mindən çox KOB fəaliyyət göstərir. Bu gün Azərbaycanda tikinti sektorunun inkişafı çərçivəsində bu rəqəm 2018-ci ildən davamlı olaraq dörd dəfədən çox artıb. Burada eyni zamanda 55 mindən çox insandan söhbət gedir. Bu, tikinti sektorunda mikro, kiçik və orta biznesin mövcudluğunu və onların ölkəmizdə yaşıl tikinti təcrübələrinə töhfə vermək imkanlarını göstərir. 2023-cü ildə isə Azərbaycanda aktiv KOB-ların sayı 400 mini ötüb. Bu, ölkəmizdə fəaliyyət göstərən bütün qeydiyyatdan keçmiş müəssisələrin 99%-dən çoxunu təşkil edir".

O.Məmmədov KOBİA-nın müxtəlif yollarla KOB-ların yaşıl keçidini dəstəklədiyini deyib: "Son aylarda KOBİA-nın təşəbbüsü və dəstəyi ilə 2 yeni milli standart hazırlanmış və qəbul edilib. Hər iki standart beynəlxalq səviyyədə qabaqcıl təcrübə hesab edilə bilər. Biz, həmçinin KOB-ların böyüməsini stimullaşdırmağa və yaşıl prinsiplərin mənimsənilməsini asanlaşdırmağa yönəlmiş bəzi qabaqcıl dəstək alətləri hazırlamışıq".

UNEP, Çin, Cənubi Afrika və Türkiyədən olan sənaye nümayəndələri isə yaşıl inşaat standartlarını iqlim dəyişikliklərinin mübarizə planları ilə uyğunlaşdırmağı, yaşıl ipoteka kimi maliyyələşdirmə variantları və dayanıqlı şəhərsalma inkişafını sürətləndirən uğurlu əməkdaşlıq modellərini müzakirə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri