Icma.az
close
up
RU
COP29dan kiçik ada dövlətlərinə dəstək

COP29dan kiçik ada dövlətlərinə dəstək

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Dünyanın inkişaf etmiş ölkələri sırasında olan Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara yüksək səviyyədə ev sahibliyi edir və dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf modelinə malik olan Azərbaycan müasir dünyanın çağırışlarına cavab verən və daim narahatçılıq yaradan məsələlərlə bağlı tədbirlərin təşkil edilməsinə önəm verir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ölkəmizin ev sahibliyi etməsi növbəti uğurumuzdur. Bu, dövlətimizin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətinin ən böyük uğuru kimi səciyyələnir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsindən qaynaqlanaraq, Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Planetimizi narahat edən iqlim dəyişikliyi ilə bağlı məsələlər, məhz Bakıda müzakirə olunaraq həlli yolları axtarılır. Azərbaycanda COP29-a yüksək səviyyədə keçirilməsi onun yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir. Qafqazda ilk dəfə ölkəmizdə keçirilən COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemləri müzakirə olunub. Noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi" qəbul olunub. Əlbəttə ki, bu Bəyannamənin qəbul edilməsi COP29-a Azərbaycanın Sədrliyinin növbəti uğurudur. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı genişlənib. Prezident İlham Əliyevin COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir: "Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik". Qeyd edək ki, Azərbaycan ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım məqsədi ilə humanist addımlar atmışdır. Hətta kiçik ada ölkələri Azərbaycanın təqaüd proqramlarından yararlanıb. "Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm", - deyə dövlətimizin başçısı çıxışında bildirib. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı da 80-dən artıq ölkəyə, o cümlədən, 20 kiçik ada ölkəsinə yardım göstərib.

Xatırladaq ki, qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətlərə yardımlar etdi. Belə ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərinin göstəricisidir. Vaxtı ilə maliyyə yardımı alan Azərbaycan artıq fəal donor ölkəyə çevrilib. 2019-cu ildə keçirilən Bakı Sammitində Azərbaycan Prezidenti ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmasını diqqətə çəkmişdir. Azərbaycan inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi. Bütün bunlar bir daha göstərir ki, ölkəmiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir. Azərbaycan Prezidenti çıxışı zamanı fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini də qeyd edib.

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, bir daha təsdiqlədi ki, COP29-un sədri kimi Azərbaycan onları dəstəkləyəcəkdir.

Əlbəttə ki, Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasının təzahürüdür. İqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən olan COP29 dünya ictimaiyyətinin nəzərini Azərbaycanda cəmləşdirib. Konfransda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar təmiz ətraf mühit və yaşıl artımın təmin edilməsi istiqamətində öz töhfəsini verəcəkdir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see387

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see270

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see269

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see259

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see258

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see252

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see242

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see239

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see232

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see231

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see230

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see224

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see216

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see214

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see213

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see212

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see193

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see191

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see185

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri