“COP29u iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsi hesab edirik”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycana COP29 sədrliyində uğurlar arzulayırıq. Bu təşkilatçılıq üçün Türkiyə dövləti adından bir daha minnətdarlığımızı bildiririk”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum Bakıda COP29 sammiti çərçivəsində ölkəsinin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni “Yol Xəritəsi”ni təqdim edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan dünya üçün önəmli COP tədbirinə ev sahibliyi edir: “Bütün qurumlarımızla birlikdə bir ildir, COP gündəminə hazırlaşmışıq. İndi də böyük nümayəndə heyəti ilə Bakıdayıq”.
M.Kurum çıxışında iqlim maliyyəsinə çıxışın vacibliyindən bəhs edib: “COP29-u iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsi hesab edirik. Təbii ki COP29 ölkələrin iqlimlə bağlı gördüyü işləri nəzərdən keçirmək üçün çox önəmlidir”.
Günel İbrahimova

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 13 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















