Icma.az
close
up
RU
COP29un Azərbaycana qazandırdığı mühüm üstünlüklər RƏY AZƏRTAC

COP29un Azərbaycana qazandırdığı mühüm üstünlüklər RƏY AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda tarixi qərarlar qəbul olundu. Bunlardan ən mühümü iqlim dəyişikliyi ilə bağlı retrospektiv məsuliyyət daşıyan zəngin ölkələrin iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə aiddir. COP 29-un Azərbaycanda keçirilməsinin ölkəyə mühüm üstünlükləri və faydaları da var. Belə ki, COP29-a ev sahibliyi etmək, ilk növbədə, Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi. Bu tədbir Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə lider rolunu oynamağa imkan verdi. Heç şübhəsiz, ətraf mühit, iqlim dəyişikliyi və dayanıqlı inkişaf kimi məsələlərə verdiyi əhəmiyyət beynəlxalq miqyasda ölkənin nüfuzunu gücləndirəcək. Azərbaycan gələcəkdə iqlim siyasətində daha fəal rol oynayaraq beynəlxalq müstəvidə bir sıra təşəbbüslərə rəhbərlik edə bilər. Digər tərəfdən ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı əldə etdiyi təcrübə Azərbaycanın müxtəlif regional və beynəlxalq səviyyədə effektiv əməkdaşlığına şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri filologiya elmləri üzrə fəlsəfə doktoru, media eksperti, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid söyləyib.

Ekspert bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi yerli şirkətlərin və mütəxəssislərin təcrübə mübadiləsi, qlobal innovasiyalara daxil olması üçün şərait yaratdı. Müxtəlif beynəlxalq təşkilatların və şirkətlərin tədbirdə iştirakı üçün Azərbaycana gəlməsi, davamlı əlaqələr gələcəkdə turizm və investisiya baxımından iqtisadi inkişafa müsbət təsir göstərəcək. COP29 kimi böyük beynəlxalq tədbirin təşkil edilməsi, müvəffəqiyyətlə idarə olunması ölkəmizin gələcəkdə daha böyük beynəlxalq tədbirləri keçirməsinə zəmin yaradır. Bu da iqtisadiyyatın şaxələndirilməsinə və turizmin davamlı inkişafina müsbət təsir göstərir. Beynəlxalq tədbirlər ölkələrə öz milli iqlim strategiyalarını yenidən nəzərdən keçirmək və onları qlobal standartlara uyğunlaşdırmaq imkanı da verir.

“Azərbaycan iqlim texnologiyaları, yaşıl enerji və davamlı inkişaf sahələrində fəaliyyət göstərən startaplar və innovasiya mərkəzləri üçün müsbət platforma ola bilər. Yaşıl iqtisadiyyat və bərpaolunan enerji sahələri inkişaf etdikcə Azərbaycanda bu sahələrdə yeni sənaye və iş imkanları yaranar. Bu tədbir ölkəmizdə günəş, külək və hidroenerji kimi bərpaolunan enerji mənbələrinə yönəldilmiş layihələr, təşəbbüslər üçün yeni imkanlar yaradacaq, beləliklə də yerli ekosistem qlobal miqyasda diqqət mərkəzində olacaq”, - deyə Leyla Rəşid vurğulayıb.

O qeyd edib ki, COP 29-un Azərbaycanda keçirilməsi təkcə ölkənin beynəlxalq aləmdə mövqeyini gücləndirmək, ekoloji və iqlim siyasəti baxımından deyil, innovativ iqtisadi inkişafları dəstəkləmək nöqteyi-nəzərindən də gələcəkdə ciddi faydalar gətirə bilər. Azərbaycanda innovativ iqtisadi inkişaf, xüsusilə bərpaolunan enerji, yaşıl iqtisadiyyat və innovativ kənd təsərrüfatının imkanları ölkə iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqla hala gətirməkdə, neft və qaz sənayesinə alternativ strategiyalar qurmaqda böyük perspektivlər açır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri