Icma.az
close
up
RU
COP29un Azərbaycanda keçirilməsi beynəlxalq gündəliyin ən mühüm hadisəsidir

COP29un Azərbaycanda keçirilməsi beynəlxalq gündəliyin ən mühüm hadisəsidir

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının" iştirakçı-dövlətlərinin konfransının - COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq miqyasda baş verən ən önəmli tədbirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, "Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir".

Dövlətimiz 10 yanvar 1995-ci ildə yuxarıda qeyd edilən Çərçivə Konvensiyasını, 17 iyul 2000-ci il tarixində isə Konvensiyanın Kioto protokolunu təsdiq edərək, qlobal miqyasda iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən beynəlxalq səylər prosesinin fəal iştirakçısı olmuşdur. Azərbaycan tərəfindən milli səviyyədə aparılan fəaliyyət və beynəlxalq səylərə dəstək və xüsusilə də karbon qazı tullantılarının azaldılması və aşağı karbonlu milli iqtisadiyyata keçidə zəmin yaratmaq məqsədilə 2016-cı ildə Paris Sazişinə qoşulması, dünya birliyinə daxıl olan dövlətlər tərəfindən yüksək qiymənləndirilmişdir. Bunun mühüm təsdiqi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsinə 200 ölkənin yekdil qərar verməsini qeyd etmək olar. Azərbaycan Respublikası COP29-a sədr dövlət olaraq səylərini inkişaf etmiş və inkişada olan  ölkələr arasında konsensusun bərqərar olunmasına, Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələrin  qurulmasına yönəldəcək.  

Otuz ilə yaxın bir müddətdən sonra beynəlxalq hüququn hamılıqla tanınan norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa ediməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərar verilməsi fonunda bəzi Qərb dövlətləri və onların nəzarətində olan "müstəqil qeyri-hökumət təşkilatları" ölkəmizə qarşı qarayaxma kampaniyasında xüsusi "fəallıq" nümayiş etdirmişlər və çalışmışlar ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq ikili standartları və selektiv yanaşmaları əks etdirən bu səylərə rəğmən, 196 ölkədən olan 72 min iştirakçı qeydə alınaraq, ölkəmizə gəlmişlər. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Prezident İlham Əliyevin dediyi kimi, "dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!".

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri