Icma.az
close
up
RU
COP29un Azərbaycanda keçirilməsi ölkəmizin qlobal iqlim siyasətindəki mövqeyini gücləndirəcək

COP29un Azərbaycanda keçirilməsi ölkəmizin qlobal iqlim siyasətindəki mövqeyini gücləndirəcək

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bir çoxlarınız suallar ünvanlayırsınız ki, bəs "COP29 nədir, işimizə yarayırmı, yaramırmı?" İstərdim bu mötəbər tədbir haqda sizləri məlumatlandırım. Ümumiyyətlə COP29, dünya miqyasında iqlim dəyişikliklərinə qarşı mübarizə və dayanıqlı inkişaf məqsədinə çatmaq üçün bir dönüş nöqtəsi ola bilər. Bu konfrans, həm ölkələr arasındakı əməkdaşlığı gücləndirəcək, həm də hər bir ölkə üçün öz iqlim siyasətində daha ciddi və effektiv addımlar atılması üçün yeni bir təşviq yaradacaq. Bu, həm də ekosistemləri qorumaq, insanların rifahını artırmaq və gələcək nəsillərə daha yaşanabilir bir planet buraxmaq baxımından kritik əhəmiyyət kəsb edir".

Milli.Az xəbər verir ki, bu barədə ekspert Fərid Əliyev özünün sosial media hesabında paylaşım edib.

"COP29, Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliklərinə dair Konfranslarının (Conference of the Parties - COP) 29-cu iclasıdır və bu, il, yəni 2024-cü ildə Azərbaycanda keçirilir. COP konfransları, dünya miqyasında iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini müzakirə etmək, qəbul etmək və icra etmək məqsədilə dünya ölkələrinin nümayəndələrinin toplandığı mühüm beynəlxalq toplantılardır. COP29, bu sahədəki əvvəlki toplantılara nisbətən daha çox önəm daşıyan və çox sayda əsas məqsədin yerinə yetirilməsi üçün vacib bir mərhələ olacaq. İqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf mövzusunda ən son elmi araşdırmaların nəticələrinə əsaslanaraq, bu tədbir bir neçə mühüm sahəyə təsir edəcək. COP29-un Azərbaycanda keçirilməsi, beynəlxalq iqlim siyasətində böyük əhəmiyyət kəsb edən bir hadisədir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin qlobal iqlim siyasətindəki mövqeyini gücləndirəcək, həmçinin yerli ekosistemi qorumaq və iqlim dəyişikliyinə qarşı mübarizədə daha aktiv rol almaq üçün mühüm bir addım olacaq. Azərbaycan, son illərdə bərpa olunan enerji mənbələri, xüsusən günəş və külək enerjisi sahəsində müxtəlif layihələrə imza atır. COP29-un Azərbaycanda keçirilməsi, bu sahədə ölkənin əldə etdiyi təcrübələri dünya ilə paylaşmasına, həmçinin ölkəyə yeni yaşıl texnologiyalar gətirilməsi üçün imkan yaradar. 

Azərbaycan, xüsusən də Kür çayı hövzəsi və digər bölgələrdə iqlim dəyişikliyinin təsirlərini hiss edir. Azərbaycanda bu tip bir beynəlxalq tədbirin keçirilməsi, ölkənin bu sahədəki təcrübələrini paylaşmasına, eyni zamanda iqlim adapatasiyası sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməsinə səbəb olacaq. Azərbaycanda yerli iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirlərinin daha geniş miqyasda müzakirə edilməsi və tətbiqi də mümkün olar.  Bu cür bir tədbirin Azərbaycanda keçirilməsi, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün lazım olan maliyyə dəstəyinin cəlb edilməsi baxımından mühüm bir platforma yaradar. Azərbaycan, beynəlxalq iqlim fondlarından faydalana bilər, həmçinin investisiyalar cəlb edərək iqtisadiyyatını yaşıl texnologiyalarla inkişaf etdirə bilər. Bu, təkcə Azərbaycan üçün deyil, həm də Qafqaz və Mərkəzi Asiya regionu üçün bir önəm daşıyır. Bu, regional iqlim siyasətində əməkdaşlıq və müştərək layihələrin inkişafı üçün yeni imkanlar yaradacaq. COP29-a ev sahibliyi etməmiz, yerli ictimaiyyəti iqlim dəyişikliyi və ekoloji məsələlər barədə daha da maarifləndirə bilər. Eyni zamanda, ölkə daxilində və regionda iqlim dəyişikliyi barədə geniş məlumatlandırma və təhsil kampaniyaları təşkil edilə bilər" - ekspert F.Əliyev qeyd edib.

Xəyal
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri