Icma.az
close
up
RU
COP29un yekunu dünya mediasının diqqət mərkəzindədir AZƏRTAC

COP29un yekunu dünya mediasının diqqət mərkəzindədir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunu dünya mediasının diqqət mərkəzindədir. Bununla bağlı xarici mediada çoxlu sayda xəbərlər, məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, euronews.com saytı COP29-da yalnız maliyyə məsələlərinə deyil, eləcə də digər mühüm məsələlərə toxunulmasından və bununla bağlı qərarlar verilməsindən yazıb.

“Reuters”, “The Guardian”, “BBC”, “CNN” kimi xarici mediaların əsas diqqəti COP29 razılaşmasına yönəlib. Bu media qurumlarında inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasıyla bağlı müəyyən fikirlər öz əksini tapıb.

“CBS news” telekanalı isə imzalanmış razılaşmaya toxunaraq bəzi nümayəndə heyətlərinin bu sövdələşmənin düzgün istiqamətdə getdiyini və gələcəkdə daha çox pul axınının olacağına ümid etdiyini vurğulayıb. Həmçinin qeyd edilib ki, ölkələr bu sövdələşmənin çoxtərəfli inkişaf bankları və özəl sektorlar kimi digər mənbələrdən maliyyələşdirməyə kömək edən siqnallar göndərəcəyini gözləyirlər.

“Bloomberg” agentliyi inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün vəsaitin üç dəfə artırılması ilə bağlı təxminən 200 ölkənin qəbul etdiyi razılaşmadan yazıb. Məqalədə COP29 ərəfəsində çoxsaylı görüşlərin keçirilməsi də vurğulanılıb.

“Traveldaily news” isə COP29-da dövlət və özəl sektor liderlərinin iqlim dəyişikliyinin turizm sektoruna əhəmiyyətli təsiri və onun istixana qazları emissiyalarına verdiyi töhfəni qəbul etməsi xüsusilə qeyd edilib. Eyni zamanda, turizmin iqlimə uyğunlaşma və regenerasiya strategiyalarının fəal şəkildə təşviqi vurğulanılıb. Bildirilib ki, COP29 çərçivəsində keçirilən “Turizm Günü” tədbirlərində 700-dən çox maraqlı tərəf iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see171

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see168

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see131

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see130

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see127

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see126

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see125

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see123

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri