Icma.az
close
up
RU
COP30 çərçivəsində Yaşıl artım portalı nın rəsmi təqdimatı keçirilib

COP30 çərçivəsində Yaşıl artım portalı nın rəsmi təqdimatı keçirilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyi və ABŞ-nin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı ilə hazırlanmış qlobal rəqəmsal "Yaşıl artım portalı"nın Braziliyanın Belem şəhərində COP30 çərçivəsində təqdimatı keçirilib.

525.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərində Azərbaycanın İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin "Growth Lab" beynəlxalq inkişaf mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmiş rəqəmsal "Yaşıl artım portalı"nın yekun versiyasının təqdimatı keçirilib. Azərbaycan pavilyonunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, biznes assosiasiyalarının və maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

"Yaşıl Artım Portalı" ölkələrin yaşıl dəyər zəncirlərinə inteqrasiya potensialını müəyyən etməyə və dayanıqlı iqtisadi artım üçün strategiyalar formalaşdırmağa kömək edir. Portal yaşıl dəyər zənciri üzrə vacib minerallar, eləcə də yaşıl hidrogen, nüvə, günəş və külək enerjisi məhsulları, elektrik nəqliyyat vasitələri barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. İnteraktiv portalda ölkələrin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanlarının təhlil edilməsi, mövcud bazarlar, effektiv ixracatçılar və artım perspektivləri barədə məlumatları əldə etmək mümkündür.

Portalın yekun versiyası funksional baxımdan daha təkmil və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Əlavə olunan klaster metodologiyası (cluster methodology) yaşıl məhsulları bir-biri ilə əlaqəli sənaye klasterləri kimi təhlil edərək ölkələrin hansı yaşıl istehsal sahələrinə daha asan keçə biləcəyini göstərir. Greenplexity İndeksi (Greenplexity index) isə ölkələrin yaşıl sənayelər üzrə müqayisəli üstünlüklərinin miqyasını və mürəkkəblik səviyyələrini ölçür, onların yaşıl keçid üzrə hazırlıq səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan yaradır. Portalda yaradılan strategiya məkanı (strategy space) ölkələrə fərdiləşdirilmiş sənaye siyasəti yanaşması təqdim edərək onların mövcud imkan və üstünlüklərinə müvafiq yaşıl inkişaf strategiyası formalaşdırmasına şərait yaradır.

İlkin təqdimatı Bakıda COP29 çərçivəsində edilən portal Harvard Universitetinin 1,7 milyondan istifadəçini əhatə edən "İqtisadi Mürəkkəblik Atlası"na (Atlas of Economic Complexity) inteqrasiya olunub.

Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər" sənədi çərçivəsində həyata keçirilən yaşıl transformasiya siyasətinin əsas istiqamətlərini təqdim edib. Ölkənin istixana qazı emissiyalarını azaltmaq, bərpa olunan enerji payının sürətlə artırılması istiqamətində, eləcə də yaşıl enerji zonaları kimi elan edilmiş Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda görülən işlər nəzərə çatdırılıb.

Harvard Universitetinin "Growth Lab" tədqiqatçısı Ketan Ahuja iştirakçılara portalın analitik alətləri, məlumat əsaslı qərarvermə mexanizmləri və platformadan istifadə edərək yaşıl dəyər zəncirlərinə inteqrasiya imkanlarını təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see221

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see204

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see200

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see155

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see140

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see139

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see134

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see134

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see134

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see134

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see133

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see131

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see125

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see124

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see123

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see122

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see119

Türkiyədə mərc oyunları qalmaqalı 102 futbolçu...

13 Noyabr 2025 17:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri