Icma.az
close
up
RU
COP30 da qlobal səhiyyə problemlərinin həllinə dair plan qəbul edilib

COP30 da qlobal səhiyyə problemlərinin həllinə dair plan qəbul edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Braziliya tərəfindən qlobal iqlim fəaliyyətində səhiyyə sektorunun gücünü nümayiş etdirmək üçün vacib bir məqam kimi qiymətləndirilən COP30 BMT iqlim konfransında insanların artan temperaturlara və ekstremal hava şəraitinə uyğunlaşması üçün bir plan təqdim edildi.

AZƏRTAC iqlim konfransının rəsmi saytına istinadla xəbər verir ki, Braziliyadakı Belem şəhərində davam edən iqlim danışıqları çərçivəsində hökumətlər, BMT agentlikləri və tərəfdaşlar səhiyyə bərabərsizliyinin aradan qaldırılması istiqamətində Belem Səhiyyə Fəaliyyət Planını qəbul ediblər.

Sənədin qəbul edilməsi COP-un təyin etdiyi Sağlamlıq Günündə baş tutub. Tərəflər iqlim böhranının həm də ciddi sağlamlıq problemi olduğunu vurğulayıblar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus konfrans ərəfəsində xəbərdarlıq edib: “Planetimiz xəstə olsaydı, onu reanimasiyaya yerləşdirmək lazım gələrdi”.

Konfransda bildirilib ki, həddindən artıq istilər, daşqınlar, quraqlıqlar və fırtınalar təkcə ətraf mühit üçün təhlükə deyil, onlar xəstəliklərin yayılmasına, qida və su çatışmazlığına, vacib səhiyyə xidmətlərinin pozulmasına səbəb olur. ÜST, həmçinin BMT Universiteti (UNU) və digər tərəfdaşlar tərəfindən Braziliya hökuməti ilə əməkdaşlıq şəraitində hazırlanmış Fəaliyyət Planı, sağlamlığın iqlim strategiyalarına inteqrasiyası üçün praktik addımları müəyyən edir. İqlim şoklarına qarşı durmaq üçün səhiyyə sistemlərinin gücləndirilməsi, uyğunlaşma və icmaların səsinin təmin edilməsi, onların idarəetmədə iştirakının təşviqi bu strategiyanın əsas maddələridir.

Braziliyanın səhiyyə naziri Aleksandr Padilya bu təqdimatı qlobal iqlim fəaliyyətində səhiyyə sektorunun gücünü nümayiş etdirmək üçün vacib məqam adlandırıb.

Cümə axşamı, noyabrın 13-də əsas konfrans zallarında keçirilən yüksəksəviyyəli sessiyalarda iqlim və sağlamlıq mövzusunda çıxışlar və müzakirələr üstünlük təşkil edib, lakin COP30 əsnasında ÜST-nin rəhbərlik etdiyi Səhiyyə Pavilyonu həllər və dialoq mərkəzinə çevrilib.

Pavilyonda əhatə olunan mövzular süni intellektdən tullantıların idarə olunmasına, iş yerlərinə, təhsilə və insan hüquqlarına qədər bütün məsələləri sağlamlıq baxımından əhatə edir. Burada iqlimə davamlı və aşağı karbonlu səhiyyə sistemlərinə keçidi sürətləndirmək təşəbbüsü olan İqlim və Sağlamlıq üzrə Transformativ Fəaliyyət Alyansının fəaliyyəti də müzakirə olunub.

Həmçinin BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və tərəfdaşları iqlim dəyişikliyini yavaşlatmaq səylərinin bir hissəsi olaraq 2030-cu ilə qədər qida tullantılarını yarıya endirmək və metan tullantılarını yeddi faizə qədər azaltmaq təşəbbüsünü irəli sürüb. UNEP qeyd edir ki, dünya hər il bir milyard tondan çox qida tullantısı atır və bu, qlobal istixana qazı tullantılarının 10 faizinə qədərini və metan tullantılarının 14 faizini təşkil edir. Bu tullantıları qısamüddətli iqlim çirkləndiricisidir və 20 il ərzində atmosferi karbon qazından 84 dəfə daha çox istiləşdirir.

Qlobal Ətraf Mühit Fondu tərəfindən maliyyələşdirilən BMT-nin Ətraf Mühit Proqramı qida tullantılarının irəliləyişinin hədəflərini həyata keçirmək üçün 3 milyon dollar dəyəri olan dördillik qlobal layihənin həyata keçirilməsinə başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri