Icma.az
close
up
RU
COP30 da Süni İntellekt üzrə İqlim İnstitutu təqdim edilib

COP30 da Süni İntellekt üzrə İqlim İnstitutu təqdim edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Braziliyanın Belen şəhərində keçirilən COP30 çərçivəsində Qlobal İqlim Fəaliyyəti (Global Climate Action) zonasının rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir tərəfdaşları və müxtəlif ölkə nümayəndələrini bir araya gətirərək, iqlim fəaliyyəti üzrə görülən işləri dəyərləndirmək və qarşıdakı mərhələlər üçün yeni öhdəlikləri formalaşdırmaq imkanı yaradıb.

Açılış mərasimində “Qlobal İqlim Fəaliyyəti üzrə 2025-ci il İlliyi” (2025 Yearbook of Global Climate Action) təqdim edilib. İllik hesabat son on ildə həyata keçirilən layihələri və birgə fəaliyyət nəticəsində əldə olunan nailiyyətləri əks etdirir.

Günün əsas mövzularından biri dayanıqlılıq olub. “Race to Resilience” təşəbbüsünün tərəfdaşları icmaların iqlim risklərinə qarşı daha təhlükəsiz və davamlı olmasına yönələn təcrübələri bölüşüblər. Bərpaolunan enerji və enerji səmərəliliyi mövzusundakı müzakirələrdə mövcud texnologiyaların miqyasının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Şəhərləşmə üzrə nazirlər görüşündə elmi yanaşmaların şəhərlərin insanların rifahı və planetin qorunması naminə necə formalaşdırıla biləcəyi müzakirə edilib.

Bununla yanaşı, Süni İntellekt üzrə İqlim İnstitutunun (AI Climate Institute) təqdimatı keçirilib. Yeni institutun fəaliyyəti süni intellekt texnologiyalarından iqlim dəyişmələri ilə mübarizədə səmərəli şəkildə istifadəni təşviq etməyi hədəfləyir.

Tədbirlərdə Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai iştirak edib.

COP30 çərçivəsində keçirilən tədbirlər bir daha göstərdi ki, iqlim hədəflərinə çatmaq üçün həm elmi biliklər, həm texnoloji imkanlar, həm də beynəlxalq həmrəylik mühüm əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri