COP31 in keçiriləcəyi məkanla bağlı detallar açıqlanıb
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
COP31-in keçirilməsi üçün Türkiyənin Antalya şəhərində ümumi sahəsi 1,5 milyon kvadratmetr olan tədbir ərazisi hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Dəstək Xidmətləri İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "COP31 üzrə logistika brifinqi”ndə deyib.
O bildirib ki, COP31-in keçiriləcəyi ərazidə "Mavi Zona" və "Yaşıl Zona" vahid məkanda yerləşəcək:
“COP31 ərazisi ümumilikdə 1,1 milyon kvadratmetr sahədə qurulub. Bunun təxminən 527 min kvadratmetri “Mavi Zona”nın, 582 min kvadratmetri isə “Yaşıl Zona”nın payına düşür. Ətraf ərazilərin abadlaşdırılması və avtodayanacaqlarla birlikdə ümumi sahə 1,5 milyon kvadratmetrə çatır”.
Nazirlik rəsmisinin sözlərinə görə, COP31 çərçivəsində 11-12 noyabr tarixlərində keçiriləcək Liderlər Sammiti üçün ayrıca VIP giriş nöqtəsi nəzərdə tutulub: “VIP girişindən yalnız liderlər və onların üç nəfərdən ibarət heyəti istifadə edə biləcək. Onlar girişdən qarşılama məntəqəsinə, oradan isə VIP zalına keçəcəklər”.
Nazirlik rəsmisi Antalyanın COP31 iştirakçılarını qəbul etmək üçün geniş imkanlara malik olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















