COP31 Türkiyədə keçiriləcək, danışıqlara isə Avstraliya rəhbərlik edəcək
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə gələn il keçiriləcək BMT-nin iqlim sammitinə – COP31-ə ev sahibliyi edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese Braziliyada aparılan danışıqlar zamanı əldə olunan kompromis barədə məlumat verib.
Məlumata görə, hökumətlərarası danışıqlara Avstraliya rəhbərlik edəcək.
COP sammitləri dünyada iqlimlə bağlı fəaliyyətlərin istiqamətləndirilməsi üçün əsas qlobal platforma hesab olunur. Hazırkı kompromis qərar Türkiyə ilə Avstraliya arasında uzun müddətdir davam edən fikir ayrılığını həll etmiş sayılır. Hər iki ölkə hələ 2022-ci ildə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb və geri çəkilməkdən imtina ediblər.
Razılaşmaya əsasən, Türkiyə sammitin təşkilati ev sahibi olacaq, Avstraliya isə hökumətlər arasında aparılacaq rəsmi iqlim danışıqlarına başçılıq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Noyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















