Corc Rassel “Formula 1” çempionatının əsas favoriti göstərildi
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Formula-1” üzrə sabiq pilot Karun Çandhok qarşıdakı mövsüm üçün çempionluğun əsas favoriti kimi “Mercedes” komandasının pilotu Corc Rasseli göstərib.
İdman.Biz xəbər verir ki, Çandhok bu fikrini “Mercedes”in Barselonada keçirilən mövsümöncəsi testindəki uğurlu çıxışından sonra səsləndirib. Almaniya təmsilçisi testlər ərzində 502 dövrə vuraraq bütün komandalar arasında ən yüksək göstəriciyə imza atıb.
Qeyd edək ki, son illərdə “Mercedes” titul mübarizəsində ön planda olmasa da, yeni texniki reqlament dövrü öncəsi komandanın güclü mühərrik layihəsi ilə fərqləndiyi bildirilir. Bu da bir çox mütəxəssisin Brakli təmsilçisinin 2014-cü ildə olduğu kimi yeni dövrə üstünlüklə başlayacağını düşünməsinə səbəb olub.
Karun Çandhok “Sky F1”ə açıqlamasında bildirib ki, “Mercedes”in həm şassi, həm də mühərrik baxımından vahid sistem kimi işləməsi ciddi üstünlükdür. Onun sözlərinə görə, hazırda bu inteqrasiya səviyyəsinə malik komandalar “Mercedes”, “Ferrari”, “Audi” və “Red Bull”dur. Lakin “Audi” və “Red Bull” yeni layihələrə başladıqları üçün müəyyən güzəştlərə malik ola bilərlər, “Mercedes” və “Ferrari” üçün isə bəhanə yoxdur.
Çandhok vurğulayıb ki, “Mercedes”in mühərrikləri “McLaren”, “Williams” və “Alpine” komandalarına da təqdim etməsinə baxmayaraq, zavod komandasında şassi və mühərrik bölmələrinin sıx əməkdaşlığı mövsümün əvvəlində həlledici üstünlük yarada bilər.
Mütəxəssis bu amilləri əsas gətirərək Corc Rasseli qarşıdakı “Formula-1” mövsümünün əsas favoriti adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 02 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















