Corc Vaşinqton Universitetinin nümayəndələri BANM də Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Corc Vaşinqton Universitetinin Qlobal akademik tərəfdaşlıqlar üzrə prorektoru Sevinc Məmmədova, Elliott Beynəlxalq Münasibətlər Məktəbinin dekanı Ben Hopkins, Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbin dekanı Lionel Hovard və Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin dekanı Jason Zaradan ibarət nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
“Qafqazinfo” xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov nümayəndə heyətinə Bakı Ali Neft Məktəbinin fəaliyyəti, təhsil imkanları, akademik potensialı və beynəlxalq əməkdaşlıqları barədə geniş məlumat verib.
Görüş zamanı yüksəkixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, tərəfdaşlıqla bağlı qarşılıqlı maraq ifadə olunub.
Nümayəndə heyəti BANM-in tədris və infrastruktur imkanları, laboratoriyaları, Rəqəmsal Biliklər Liseyi ilə tanış olub, yaradılmış müasir şəraiti yüksək qiymətləndirib.
Daha sonra BANM-in akademik və inzibati heyəti ilə görüş keçirilib, əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.
Corc Vaşinqton Universitetinin nümayəndə heyəti BANM tələbələri ilə də görüşərək onların suallarını cavablandırıb.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 Sentyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















