Çörək almağa gedən 59 yaşlı qadın evinin yaxınlığında ölü tapıldı
Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Adanada çörək almağa gedən qadın evinin yaxınlığında ölü tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Çukurova mahalı Belediye Evleri Məhəlləsində Gülbeyaz Dəmirəl (59) adlı qadın çörək almaq üçün evdən çıxıb. Bir müddət sonra onu evinin yaxınlığında hərəkətsiz vəziyyətdə tapıblar.
Məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və polis sövq edilib. Bölgəyə gələn təcili tibbi yardım əməkdaşları Gülbeyaz Dəmirəlin öldüyünü müəyyən edib.
Xəbəri eşidən mərhum qadının həyat yoldaşı və qızı hadisə yerinə gəlib. Həyat yoldaşı arvadının cansız bədəninin qarşısında göz yaşlarını saxlaya bilməyib. Qızının ürəyi gedib.
İnfarkt keçirdiyi ehtimal edilən qadının meyiti araşdırılma üçün tibbi ekspertizaya aparılıb.
Gülbeyaz Dəmirəlin ölümünün dəqiq səbəbi aparılan araşdırılmadan sonra müəyyənləşəcək.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Noyabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















