Icma.az
close
up
RU
Çörək, su və... mobil telefon...

Çörək, su və... mobil telefon...

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Yəqin ki, hər birimiz onlarla fakt saya bilərik ki, aldığımız bir xəbərlə həyəcanlanmışıq, sonra isə onun doğru olmadığını eşidib rahatlanmışıq.
Texniki inkişaf həmişə faydalı olmur. Bəli, indi istədiyin adamı istədiyin vaxt tapa bilirsən. Yetər ki, onun mobil nömrəsini biləsən. Bu, bir tərəfdən yaxşı olduğu kimi, bir tərəfdən də pisdir. Heç düşünürsünüzmü ki, niyə avtomobil sürəndə mobil telefonla danışmaq qadağandır? Səbəbi çox sadədir. Aldığınız hər hansı bir həyəcanlı xəbərin təsiri ilə qəza törədə və ya qəzaya səbəb ola bilərsiniz.
Bu gün Azərbaycanda 13-14 yaşından yuxarı, demək olar ki, hamının mobil telefonu var. Bu isə o deməkdir ki, bu gün Azərbaycanda milyonlarla mobil nömrə aktivdir.
Əgər müşahidə etmisinizsə, son illər bir çox dəhşətli xəstəliklərin, dəhşətli bəlaların yaşı xeyli cavanlaşıb. Yəni, adını çəkmək istəmədiyimiz bu bəlalara orta məktəblərin orta siniflərində belə rast gəlmək olar. Bunun əsas səbəblərindən biri də uşaqlar arasında gərginliyin, stresin ilbəil daha da geniş yayılmasıdır. Təbii ki, gecə səhərə qədər istifadə etdiyimiz mobil telefonlar, internet xidmətləri, sosial şəbəkələr əsas səbəblərdir. Evdə pul var, yoxsa yox, artıq bu o qədər də vacib deyil. Bəzi yeniyetmələr telefon əyləncələrinə o qədər alışıblar ki, bu texniki nailiyyət onlar üçün çörək, su qədər zərurətə çerilib.
Doğrudur, getdikcə mobilləşən dünyamızda biz uşağımızı istəsək də, istəməsək də, bu texniki nailiyyətdən məhrum edə bilmərik, ancaq mobil aparatlarla, xüsusilə də, mobil telefonlarla davranışda çox ciddi qaydalara riayət etmək və onun fəsadlarını minimuma endirmək mümkündür. Çünki uşağın sağlamlığı hər bir valideynin ən mühüm qayğısı, ən mühüm problemidir.
Mobil telefonlar həm şüalanmaya səbəb olur, həm həyəcan mənbəyidir. Ona görə də, uşaqların erkən yaşda mobil telefona alışmasına icazə vermək doğru deyil.
Hər şey bir tərəfə qalsın, mobil telefon yeniyetmələrin əxlaqının pozulmasında da xüsusi rol oynayır. Gizli nömrələrdən gələn müxtəlif zənglər, mesajlar, blutuzla göndərilmiş müxtəlif şəkillər, oyunlar... bütün bunlar hamısı uşağı real həyatdan uzaqlaşdırır və əlindəki o kiçik cihazın əsirinə çevirir. İş o yerə çatır ki, 13-14 yaşlı uşağınız sizinlə danışmaqdan çox, telefonla ünsiyyət qurur.
Əslində, hər kəsin zəng əvəzinə qoyduğu musiqi onun xarakterini açıq-aydın ifadə edir. Hər gün müxtəlif mənbələrdən mobil telefona axan bayağı musiqilər uşağın zövqünü korlayır, onu primitiv musiqilərə alışdırır.
Hər bir texniki nailiyyət fayda ilə yanaşı, ziyan da gətirir. Ziyandan uzaq olmaq üçün ciddi qaydalara riayət etmək lazımdır. Son 20-25 ildə həyatımıza daxil olan və artıq zərurətə çevrilən mobil telefonla uşaqlarımız arasında münasibəti düzgün tənzimləməliyik ki, sonradan peşman olmayaq. Və bir də oturub bu haqda düşünək ki, bəlkə heç o mobil telefona bu qədər ehtiyacımız yoxdur?..
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri