Icma.az
close
up
RU
Çörəkdə kiflənməyə son Alimlərdən inqilabi texnologiya

Çörəkdə kiflənməyə son Alimlərdən inqilabi texnologiya

Icma.az, Milli.az saytına istinadən bildirir.

Türkiyədə hər gün təxminən 12 milyon, ildə isə 4,3 milyard ədəd çörək tullantıya çevrilir. Əsas qida məhsulu olan çörəyin israfını azaltmaq üçün hərəkətə keçən Türkiyənin "AVB Biyoteknoloji" şirkəti, yeni "elektron örtük"  texnologiyası ilə çörəyin kiflənməsinin qarşısını alıb.

Milli.Az xəbər verir ki, adi otaq temperaturunda sınaqdan keçirilən çörək, 100 gün keçməsinə baxmayaraq nə rəngini, nə də qoxusunu dəyişib. Şirkətin rəhbəri, texnologiyanın 6 ay, hətta 1 ilədək qoruma təmin edə biləcəyini bildirib.

"AVB Biyoteknoloji"nin baş direktoru Serkan Tunç, Türkiyədə çörək israfının ciddi səviyyədə olduğunu bildirib:

"Bir gündə 12 milyon, ildə 4,3 milyard çörək tullantıya gedir. İsrafın cəmi 5 faiz azalması belə milyardlarla lirə qənaət deməkdir."

Tunç bildirib ki, iki saatlıq elektron örtük prosesi nəticəsində çörək otaq temperaturu, rütubət və işıq altında belə 100 gün ərzində kiflənməyib.

"Bu müddət ərzində çörəyin nə rəngi, nə də qoxusu dəyişib. Testlər davam edir. Ehtimal var ki, bu müddət 6 ay, hətta 1 ilə qədər uzansın."

Şirkət bu texnologiyanı yalnız çörəkdə deyil, bütün qida məhsullarında israfı azaltmaq üçün tətbiq etməyi planlaşdırır. Tunç əlavə edib ki, bu texnologiyaya maraq göstərən böyük hazır qida şirkətləri ilə danışıqlar aparılır.

Tunç qeyd edib ki, hazırda bazardakı tost çörəklərinin raf ömrü otaq temperaturuna və rütubətə görə 7 gün civarındadır.

"Qablama açıldıqdan sonra hava və nəmlə təmas başlandığı üçün çörək 3-4 gün ərzində kiflənir. Açıqda saxlanılan bir dilim tost çörəyi isə adətən 24-48 saat ərzində kif ləkələri göstərir."

O, bildirib ki, elektron örtük, orqanizmlərin çoxalmasına və oksidləşməyə səbəb olan kimyəvi reaksiyaları dayandıraraq, məhsulun təbii şəkildə qorunmasını təmin edir.

Tunç, şirkətin başqa bir layihəsi barədə də məlumat verib. Onların hazırladığı yeni sistem oksigen və hidrogen ionlarını atmosferdə birləşdirərək su molekulu yaradır.

"Biz həm dəniz suyundan, həm də havadakı nəmdən oksigen və hidrogen alaraq su istehsal edə bilirik. Bu, təbiətdəki su dövranının texnoloji surətidir," - deyə Tunç bildirib.

Laboratoriya şəraitində 100 kubsantimetr su istehsal edilib. Tunçun sözlərinə görə, bu üsulla bir ton, hətta yüz min ton suyu saniyələr içində yaratmaq mümkündür, çünki oksigen və hidrogen bir saniyənin milyonda birində birləşir.

"Bu texnologiya ilə, əslində, sərhədsiz su mənbəyi əldə etmək mümkündür," - deyə o, əlavə edib.

Tunç izah edib ki, hər bir maddənin səthindəki atomlar istiliyə görə elektron itirir və bu, bozulma prosesini sürətləndirir. Soyuqda isə elektron itkisi azalır, məhsul daha gec xarab olur.

"Elektron örtük texnologiyası ilə biz bu itkini daimi şəkildə bərpa edirik. Bu, kimyəvi reaksiyaları və mikroorqanizmlərin çoxalmasını dayandırır. Güclü elektron şüalanması sporların strukturunu pozaraq kiflənmə və çürümənin qarşısını alır," - deyə o, bildirib.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Noyabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri