Coşqunun yaxın günlərdə toyu olacaqmış...
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Dünən “Şəki yaylası”nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş.
“Qafqazinfo” xəbər verir ki, “zipline” xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanlı olduğunu bildiriblər.
Məlumata görə, mühafizə şirkətində çalışan Coşqunun bu ayın sonunda toyu olacaqmış.
Qeyd edək ki, dəhşətli hadisədə həlak olan digər gənc – Ucal Bayramovun ötən ilin 7 sentyabr tarixində ailə həyatı qurduğu, dünən “Şəki yaylası”na evliliyinin 1-ci ildönümünü qeyd etmək üçün getdiyi bildirilib.
Baxış sayı:93
Bu xəbər 09 Sentyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















