Icma.az
close
up
RU
COVİD 19 a oxşar virus Azərbaycanda da yayıla bilər: Nələrə diqqət edək?

COVİD 19 a oxşar virus Azərbaycanda da yayıla bilər: Nələrə diqqət edək?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sinqapurlu alimlərin fikrincə, insan tənəffüs sinsitial virusu (RSV) şiddət baxımından artıq COVID-19 və qriplə müqayisə edilir.

Mütəxəssislər xəstəliyin şiddətini, kardiyak ağırlaşmaların riskini və uzunmüddətli nəticələrini qiymətləndirmək üçün üç araşdırma aparıblar. Tədqiqatın müəlliflərinin sözlərinə görə, RSV-yə yoluxanların 5-10%-i qripə bənzər simptomlar yaşayır. Həmçinin məlum olub ki, xəstəlik hər 20 xəstədən birində (5%) ölümcül olur. Buna görə də, RSV-dən ölüm nisbəti qripdən daha yüksəkdir və xəstəliyin şiddəti COVID-19 ilə müqayisə edilə bilər.

Bəs yeni virusun Azərbaycanda da yayılma ehtimalı varmı? Yeni virusu COVİD19-dan, qripdən necə fərqləndirə bilərik?

Bakıvaxtı.az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavablandırıb.

Onun sözlərinə görə, RSV infeksiyası kəskin respirator virus infeksiyaları qrupuna daxildir. Əsasən payız və qış aylarında daha çox yayılır. Bu infeksiyanın epidemik mövsümdə istənilən ərazidə yayılması ehtimalı mümkündür.

Müsahibimiz bildirib ki,  Respirator sinsitial virus (RSV) xüsusilə müəyyən yüksək risk qruplarında xəstəxanaya yerləşdirmə tələb edən ağır xəstəliyə səbəb ola bilər. Yenidoğulmuşlar, xüsusən də 6 və 12 aya qədər olan körpələr, vaxtından əvvəl doğulmuş körpələr (hamiləliyin 37 həftəsindən əvvəl doğulmuş), bronxopulmonar displaziya və ya anadangəlmə ürək xəstəliyi olan 2 yaşa qədər uşaqlar, immunitet sistemi zəif olan uşaqlar, sinir-əzələ pozğunluğu olan uşaqlar, kistik fibrozlu uşaqlar risk altında uşaqlardır:

“Risk altında olan böyüklər isə xüsusilə 65 və ya 75 yaşdan yuxarı olan yaşlılar, xroniki ürək və ya ağciyər xəstəliyi olan, immuniteti zəifləmiş, uzunmüddətli qayğı müəssisələrində və ya qocalar evlərində daimi yaşayan, digər ciddi xəstəlikləri (böyrək və ya qaraciyər xəstəliyi, nevroloji və ya sinir-əzələ xəstəlikləri, qan xəstəlikləri, şəkərli diabet) olanlardır.
Bu qrup xəstələrdə RSV infeksiyası çox vaxt ağır formada baş verirə bilər”.

T.Eyvazov bildirib ki, Respirator sinsitial virus (RSV), qrip və COVID-19-un simptomları çox oxşar ola bilər, çünki onların hamısı tənəffüs yolu xəstəlikləridir. Dəqiq diaqnoz üçün xüsusi testləşmə tələb olunur. Dediyinə görə, bununla belə, onları fərqləndirməyə kömək edən bəzi xüsusiyyətlər var. RSV infeksiyası zamanı tənəffüs daha çox xırıltılı olur, xüsusən də gənc uşaqlarda onun simptomları çox vaxt tədricən inkişaf edir:

“Qrip adətən yüksək hərarət və şiddətli bədən ağrıları və yorğunluqla müşayiət olunan kəskin, qəfil başlayır. COVID-19 isə qəfil qoxu və ya dad itkisinin ən xarakterik əlamətinə malikdir və s. Bunlar əsas fərqlərdir. Simptomların əhəmiyyətli oxşarlığına görə, hansı virusun xəstəliyə səbəb olduğunu müəyyən etməyin ən etibarlı yolu testdir”.

“RSV üçün spesifik müalicə və ya peyvənd varmı, yoxsa simptomatik müalicə tətbiq olunur” sualına cavab verən həmsöhbətimiz bildirib ki,  RSV infeksiyası zamanı virusu məhv etməyə yönəlmiş effektiv spesifik terapiya yoxdur. Müalicə əsasən simptomatik və dəstəkləyicidir.

Təyyar Eyvazov:  RSV infeksiyasının qarşısının alınmasının qeyri-spesifik tədbirlərinə ümumi gigiyena qaydaları daxildir

T.Eyvazov qeyd edib ki, RSV infeksiyasının aktiv və passiv profilaktikası üçün təsdiqlənmiş bioloji preparatlar var. Yaşlı və xroniki xəstəlikləri olan şəxslər və hamilə qadınlar üçün (anadan alınmış anticisimlər 6 ayadək körpələri qoruyur) RSV vaksinləri (Aktiv immunizasiya) mövcuddur:

“Passiv immunizasiyada (antikor preparatları) isə monoklonal anticisimlərə əsaslanan dərmanlar (Palivizumab və ya Nirsevimab ) istifadə olunur ki, bunlar uşaqları ağır RSV infeksiyası riski yüksək olan qruplardan (vaxtından əvvəl doğulmuş körpələr, xroniki ağciyər xəstəlikləri olanlar, anadangəlmə ürək qüsurları və s.) qorumaq üçün tətbiq edilir”.
SN-nin mütəxəssis-eksperti, infeksionist bildirib ki, RSV infeksiyasının qarşısının alınmasının qeyri-spesifik tədbirlərinə ümumi gigiyena qaydaları daxildir. Onun sözlərinə görə, əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir), tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanması, xəstə insanlarla yaxın təmasdan çəkinmək, tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi, kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmaq bu tədbirlərin sırasındadır:

“Xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə, evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.

Həmçini körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi əhəmiyyətlidir. Çünki ana südü qoruyucu faktorları ehtiva edir”.

Zeynəb Rrzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri