Icma.az
close
up
RU
COVİD 19 un da arxasında USAİD dayanırdı: Tramp bu mübarizəni uğurla başa çatdıra bilsə...

COVİD 19 un da arxasında USAİD dayanırdı: Tramp bu mübarizəni uğurla başa çatdıra bilsə...

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hətta Amerika daxilində belə USAİD-lə bağlı bundan sonra hansı vasitələrdən istifadə ediləcəyi məsələsi qeyri-müəyyəndir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Ekspert vurğulayıb ki, USAİD dünyada son 50 ildə ABŞ-nin maraqlarını bu və ya digər şəkildə reallaşdırmaq üçün addımlar atırdı: 

"Bunu etiraf etmək lazımdır. Bu addımların tamamilə uğursuzluğa düçar olduğunu söyləmək də olmaz. "Rəngli inqilablar" çərçivəsində ABŞ bir çox yerdə öz maraqlarını reallaşdıra bildi. Biz bunu Rusiyaya, Çinə qarşı mübarizədə də görürük. USAİD "demokratiya", "azadlıq", "insan hüquqları" adı altında öz fəaliyyətini həyata keçirir. Əlbəttə ki, bu, maskalanmış, şifrələnmiş fəaliyyətdir. Bunun arxasında həmin bəlli qrupların maraqlarının reallaşması dayanır. USAİD təşkilatı SOROS tərəfindən maliyyələşdirilən 23 prokurora 27 milyon dollar ayırıb. Məqsəd o idi ki, onlara "lazım olmayan" vətəndaşları və müəyyən siyasətçiləri, ekspertləri təqib etsinlər. Çox maraqlı vəziyyət yaranıb".

Müsahibimiz qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun da hakimiyyətə gəlməsində SOROS-un maliyyəsi rol oynamışdı. USAİD-lə bağlı məsələlərdə də SOROS-un maliyyə sızıntılarından söhbət gedir:

"SOROS Fondu ilə USAİD-in əlbir olaraq "rəngli inqilablar"da, ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaqda iştirak ediblər". 

Analitik vurğulayıb ki, Trampın bu çətin işin öhdəsindən gəlib-gəlməyəcəyini zaman göstərəcək: 

"Əgər söhbət ABŞ maraqlarından gedirsə, o zaman Trampın indi etdiyi nədir? Bu, onu göstərir ki, ABŞ daxilində həmin qruplar arasında ciddi münaqişə, mübarizə və ziddiyyət var. Düzdür, Demokratlarla yanaşı, adını çəkdiyimiz qruplar Respublikaçılarla da işləyiblər. Amma bu əməkdaşlıq Trampa qədər olub. Məhz Tramp onların qarşısını almağı qarşısına məqsəd qoyub. Bu həm də Vaşinqtonda oturan qlobalistlər arasındakı qarşıdurmanın olduğunu göstərir".

Zaur Məmmədov: USAİD ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaqda iştirak edib

Politoloq hesab edir ki, Trampın addımı həm də milyarderlərə mesajdır:

"USAİD bir "dövlət" idi. Qlobal dünyada hörümçək toru kimi hər yerə yayılmışdı. Çində laboratoriyanın maliyyələşdirilməsi və COVİD 19-un arxasında da USAİD-in dayandığı ilə bağlı iddialar var. Tramp bu şəbəkə ilə mübarizəni uğurla sona çatdıra bilərsə, bu, dünya üçün yeni bir nailiyyət olardı".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp USAİD rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və ABŞ-ın onlardan qurtulacağını bildirib. O bu barədə Amerika mətbuatına sözügedən qurumda auditin aparılması ilə bağlı məlumatları şərh edərkən deyib. Tramp deyib ki, USAİD-i radikal dəlilər idarə edir:

"Onları uzaqlaşdıracağıq, sonra qərar verəcəyik".

Onu da əlavə edək ki, ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Maks USAİD-i “cinayətkar təşkilat” adlandırıb. Bu arada USAİD-in Ermənistandakı fəaliyyəti də dayandırılıb. Məlumata görə, qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramlar dondurulub. Donald Tramp USAİD-in audit məqsədilə 90 gün müddətinə bağlanıldığını elan edib.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri