COVID 19 vaksini vurduranlarda yaddaş pozğunluğu yaranıb? Həkimdən AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Son dövrlərdə bir çox insanlar gündəlik həyatlarında yaddaşla bağlı çətinliklərdən – əşyaları unutmaq, görüşləri qarışdırmaq, vacib məlumatları xatırlamaqda çətinlik çəkmək kimi hallardan şikayət edirlər. Maraqlısı odur ki, bu şikayətlərin çoxunda insanlar COVID-19 vaksini ilə əlaqə qururlar və unutqanlığın vaksindən sonra yarandığını bildirirlər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, bu təhlükəli pandemiya dövründə istər-istəməz qısa müddətdə vaksinlərin icad olunması və insanlar üzərində tətbiqi həm müsbət hallarla, həm də bir çox neqativ hallarla müşayiət olundu:
"Bu gün biz həkimlər olaraq illər bundan öncə COVID keçirmiş, xəstəxanada yatmış insanların beyin qan dövranı pozğunluğu, hər hansı yaddaş problemi və ya başqa beyinə bağlı problemləri ilə müraciət etməsi zamanı baş beynin MRT müayinəsində bunun şahidi oluruq. Əksəriyyət, demək olar ki, COVID keçirmiş insanların baş beynində ən azından xırda gliotik və işemik ocaqlar aşkarlanır. Xırda da olsa, işemik ocaqlar mövcuddur. Bunlar istər-istəməz beyin qan dövranı pozğunluğuna və nəticədə yaddaş pozğunluqlarına gətirib çıxarır. Amma bir məsələ də var: dünyanı COVID bəlasından vaksinlər xilas etdi. Bu, müsbət tərəfdir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















