COVID in yeni ştammı yayılır Qapanma ola bilər?
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Yeni COVID-19 variantı BA.3.2-nin dünyada yayılmaqda davam etdiyi və mövcud immuniteti daha asan aşa bildiyi iddia edilir. Ağciyər xəstəlikləri üzrə mütəxəssis, türkiyəli professor Şevket Özkaya bildirib ki, “cırcırama” adlandırılan yeni COVID-19 variantı ABŞ və Avropada yayılmağa başlayıb. Onun sözlərinə görə, bu variant çoxsaylı mutasiyalara malikdir və əvvəlki yoluxma və ya vaksinasiya nəticəsində formalaşmış immun müdafiəni daha asan aşa bilər. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, BA.3.2 variantı azı 25 ştatda aşkarlanıb.
Tibb eksperti Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, COVID-19 pandemiyası rəsmi olaraq bitsə də, epidemioloji proses hələ də davam edir:
“Virus mutasiyaya uğramaqda davam edir və xüsusilə Omikron ştamının artıq bir neçə alt variantı yaranıb. Bu mutasiyalar fərqli davranış xüsusiyyətləri göstərə bilir. Məsələ ondadır ki, COVID artıq həyatımızın bir parçasına çevrilib və çox güman ki, uzun müddət bizimlə qalacaq. Hələ keçən əsrin 60-cı illərində heyvanlardan insanlara keçən zoonotik koronaviruslar bu gün də hər il soyuqdəymə tipli xəstəliklər törədir. Biz son onilliklərdə bu virus ailəsinin üç təhlükəli formasını müşahidə etmişik: SARS-1, MERS və SARS-CoV-2. Məhz SARS-CoV-2 qlobal pandemiyaya səbəb oldu. Hazırkı vəziyyət onu göstərir ki, COVID gələcəkdə də davam edəcək və ehtimal ki, qrip kimi mövsümi xəstəliklər arasında yer alacaq. COVID və qrip arasında oxşarlıqlar da az deyil. Yoluxma yolları, yayılma intensivliyi və simptomlar bir-birinə kifayət qədər yaxındır”.
Həmçinin oxu:
Uzunömürlü qafqazlıların tək ortaq nöqtəsi var: Hər gün bu çərəzdən yeyiblər
Ən ağıllı kişilər bu bürcdə doğulurlar
'Çayçı Hüseyn'in dostu Şükrü indi görün nə işlə məşğul olur
O deyib ki, bu proseslərin arxasında duran əsas səbəblərdən biri də dünya əhalisinin sürətlə artmasıdır:
“İnsanların sayının çoxalması təbiətə təsiri artırır, heyvanların yaşayış mühitini daraldır və nəticədə onlarda mövcud olan viruslar insanlara daha asan ötürülür. Bu viruslar isə insan orqanizmində yeni formalarda özünü göstərir. Koronavirus da məhz belə yaranmış zoonotik viruslardan biridir. Hazırda bəzi yerlərdə “Cır-cırama” və ya BA.3.2 kimi adlandırılan yeni mutasiya variantlarının geniş yayılması müşahidə olunsa da, onların böyük miqyaslı epidemiya dalğası yaratmaq potensialı yüksək qiymətləndirilmir. Bununla belə, proses davam edir və SARS-CoV-2 virusunun zamanla zəifləyəcəyi gözlənilir. SARS-CoV-2 virusu bir gün aktiv təhlükə kimi sönə bilər, lakin koronavirus ailəsi ümumilikdə insan həyatında qalmaqda davam edəcək”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Yeni COVID 19 ştammı sürətlə yayılır
13 İyun 2025 22:57
Dünyada COVID 19 un yeni ştammı yayılır
21 İyun 2025 14:04
COVID 19 un yeni ştammı yayılır: Əlamətləri...
29 Sentyabr 2025 22:19
Stratus COVID 19 ştammı dünyada sürətlə yayılır
15 Avqust 2025 03:04
Bu ölkədə Covid 19 virusunun yeni ştammı yayılır
02 Aprel 2025 13:44
Baxış sayı:153
Bu xəbər 14 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları