“Çox bəxtəvərsiniz” Estoniya millisinin baş məşqçisi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 5-ci turunun Azərbaycanla 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- Keçirilən iki oyun çərçivəsində Estoniya millisi Azərbaycanı nədə üstələdi?
- Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.
- Qarşınıza hansı hədəflər qoyulub?
- Milli komandanın irləliləyişini təmin etmək. Üzərində işləməli olduğumuz çox şey var.
- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiniz?
- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.
- Qəbələ şəhəri və stadion barədə nə düşünürsünüz?
- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiniz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Noyabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















