Çox ciddi və intensiv şəkildə müzakirələr aparılır Bəqai son vəziyyəti açıqladı
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran ilə ABŞ-nin nüvə proqramı və sanksiyaların ləğvi üzrə intensiv danışıqları davam edir.
"Ölkə.az" xəbər verir ki, bu barədə jurnalistlərə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib.
"Hər hansı bir razılaşma ilk növbədə ədalətsiz sanksiyaların ləğvini təmin etməlidir", - XİN-in mətbuat katibi deyib.
Bəqai vurğulayıb ki, müzakirələr Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin iştirakı ilə çox ciddi və intensiv şəkildə aparılır. Onun sözlərinə görə, hər iki nümayəndə heyəti mövqelərini ölkə rəhbərlikləri ilə razılaşdırdığı üçün danışıqlarda fasilələr yaranır.
Danışıqlar bu gün axşam bərpa olunacaq və hər iki tərəf bugünkü sessiya zamanı hazırlanmış təkliflərin müzakirəsini davam etdirmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Fevral 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















