Icma.az
close
up
RU
Çox çipsi yeyən oğlanlar qadın kimi olur? Həkim gerçəkləri açıqladı

Çox çipsi yeyən oğlanlar qadın kimi olur? Həkim gerçəkləri açıqladı

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrdə tez-tez rast gəlinən iddialardan biri “çips yeyən oğlanlarda sinə böyüməsi olur” fikridir. Bu mövzu valideynlər arasında narahatlıq yaratsa da, elmi yanaşma göstərir ki, məsələ daha mürəkkəbdir və birbaşa səbəb-nəticə əlaqəsi kimi izah edilə bilməz.
Mövzu ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, cips və ya digər paketlənmiş qidaların tərkibində elə bir maddə yoxdur ki, birbaşa hormonal təsir göstərərək döş toxumasının böyüməsinə səbəb olsun:
"Bu iddia daha çox sosial şəbəkələrdə yayılan şəhər əfsanəsi xarakteri daşıyır. Bununla belə, tamamilə əlaqəsiz demək də doğru olmaz. Yetkinlik dövründə oğlanların təxminən yarısında fizioloji ginekomastiya müşahidə oluna bilər. Bu, hormonların təbii dəyişimi ilə bağlıdır və estrogen ilə testosteron balansının müvəqqəti pozulması nəticəsində yaranır. Əksər hallarda bu vəziyyət bir-iki il ərzində müdaxiləsiz şəkildə öz-özünə keçir. Daha real risk faktoru isə qidalanma və çəki artımıdır. Çips kimi yüksək kalorili və yağlı qidaların həddindən artıq və müntəzəm istifadəsi piylənməyə səbəb ola bilər. Bədəndə artan piy toxuması isə testosteronun estrogenə çevrilməsini sürətləndirən aromataza fermentinin aktivliyini artırır. Nəticədə ginekomastiya yarana və ya mövcud vəziyyət güclənə bilər. Burada əsas problem çipsin özü deyil, ümumi kalori balansının pozulmasıdır".
Pediatr deyib ki, paketlənmiş qidalar ümumilikdə zəhərli məhsul deyil, lakin onların tərkibində yüksək duz miqdarı, trans yağlar və həddindən artıq istehlak halları sağlamlıq üçün risk yarada bilər:
"Ara-sıra istifadə isə sağlam uşaqlarda ciddi problem yaratmır, əsas məsələ qəbul tezliyi və miqdarın nəzarətdə saxlanılmasıdır. Valideynlər üçün əsas məqam panikaya qapılmamaqdır. Əksər hallarda döş toxumasındakı dəyişikliklər fizioloji xarakter daşıyır. Lakin ağrılı, asimmetrik və iki ildən uzun davam edən hallarda mütləq həkimə müraciət olunmalıdır. Qidalanma vərdişlərində isə qadağa yanaşmasından çox, balanslı və nəzarətli istehlak modelinə üstünlük verilməsi daha doğru hesab olunur", - deyə o qeyd edib.
Beləliklə, sosial şəbəkələrdə yayılan və cəmiyyətdə narahatlıq doğuran populyar iddiaların elmi əsaslarının dərindən araşdırılması tibbi həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynayır. Paketlənmiş qidaların oğlan uşaqlarında hormonal pozuntulara birbaşa təsir göstərməsi fikri şəhər əfsanəsi olsa da, bu növ qidaların səbəb olduğu piylənmə və çəki artımı dolayı yolla bədəndəki hormonal balansı dəyişə bilər. Valideynlərin əsassız qorxulardan uzaq durması, uşaqların qidalanma rasionunda sərt qadağalar qoymaq əvəzinə balanslı istehlak modelini tətbiq etməsi və şübhəli fiziki dəyişikliklər zamanı panikaya düşmədən birbaşa mütəxəssis rəyinə müraciət etməsi sağlam gələcəyin təmin olunması baxımından ən doğru addımdır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri