Icma.az
close
up
RU
Çox istərdik ki, qaz və işıq limitləri ləğv olunsun DEPUTAT

Çox istərdik ki, qaz və işıq limitləri ləğv olunsun DEPUTAT

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq. Bu, Milli Məclisdə qəbul edilən "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" qanunlarda öz əksini tapıb.
Sözügedən qanunlara əsasən, istehlakçılar qaz və elektrik enerjisi təchizatı sisteminə qoşulan bütün sayğaclara görə aylıq 1 manat sabit tarif ödəməli olacaqlar. Yəni qaz və elektrik enerjisi işlətdin-işlətmədin sabit tarifi aybaay ödəmək lazım gələcək. Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi gündəmə gələ bilərmi?
Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib.
Hazırda aylıq elektrik enerjisi istehlakı 200 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, "Elektroenergetika haqqında" qanun dövlət başçısının fərmanı ilə təsdiq olunub:

“Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq”.

Deputat qeyd edib ki, buna baxmayaraq, sabit tarifin tətbiqi heç də aylıq limitlərin ləğvi kimi başa düşülməməlidir:

“Qaz və işıq üçün limitlər qüvvədədir və abonentlər istifadə etdiyi enerjinin həcmindən asılı olaraq müəyyən limitlər çərçivəsində müəyyən olunmuş tariflə borcunu ödəyəcəklər. Amma çox istəyərdik ki, limitlər ləğv olunsun və bütün vətəndaşlar üçün məqbul orta bir tarif müəyyənləşsin. Bu da limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə artıq müzakirələrə son qoyar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri