Icma.az
close
up
RU
Çox keyfiyyətli oyunçular transfer etmişik Valdas Dambrauskas

Çox keyfiyyətli oyunçular transfer etmişik Valdas Dambrauskas

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib. Finlandiya klubuna qarşı görüşdə Azərbaycan çempionu 1:0 qalib gəlib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun haqda fikirlərini bölüşüb:

"Qələbə münasibətilə hərkəsi təbrik edirəm. Hazırda böyük, möhtəşəm emosiyalar yaşayırıq. Düzdür, müəyyən məyusluq da var. Çoxlu qol epizodları yaratdıq, amma onları dəyərləndirə bilmədik. Futbolçular verilən tapşırıqları düzgün yerinə yetirdilər. Hər iki hissədə kifayət qədər imkanlarımız oldu. Təəssüf ki, top qapıya girmədi. Oyunun sonlarında isə bəxtimiz gətirdi, çünki rəqib hesabı bərabərləşdirə bilərdi. Bu məyusluğu unutmalı və növbəti oyuna hazırlaşmalıyıq. Qarşıda çətin səfər matçı var. "KuPS" bizi artıq yaxşı tanıyır. Uzun səfər edəcəyik və süni örtüklü meydanda oynayacağıq. İnanıram ki, səfər görüşündə yaratdığımız imkanlardan yararlana biləcəyik”

– Aaron Maludanın meydanda olmamasının səbəbi nə idi?

– Mənim məşqçi kimi vəzifəm sərəncamımda olan futbolçular arasından ən yaxşı heyəti seçmək və hazırlamaqdır. Futbolçular isə tələblərimizə hazır olmalı və qələbələrə töhfə verməlidirlər. Maluda nə fiziki, nə də psixoloji cəhətdən bu oyuna hazır idi.

– İkinci hissədə iki hücumçu meydana buraxdınız. Bunun səbəbi nə idi?

– Daha bir qol vurmaq istəyirdik. Meydanı tərk edən Aleksey İsayev və Kahim Parris əla oyun keçirdilər, çox böyük enerji sərf etdilər. Severina və Orfe Mbinanı meydana buraxmaqla hücumlarımızın sayını artırmaq istəyirdik. Həqiqətən də ikinci qola çox yaxın olduq.

– Cavab oyununda hücum futbolu oynayacaqsınız?

– Oyunu təhlil edəcəyik, nələri daha yaxşı edə biləcəyimizə baxacağıq. Bəli, bizi çətin qarşılaşma gözləyir. Finlandiyada yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Komandanın bu qədər qol epizodunu dəyərləndirə bilməməsi sizi narahat etmir?

– Açığı, yox. Əgər bu epizodları yarada bilməsəydik, o zaman narahat olardım. Biz isə hər oyunda kifayət qədər qol imkanları yaradırıq. Bu gün “Nyu-Seynts”lə matçdakından daha çox epizod yaratdıq. Futbol elə oyundur ki, bəzən heç qol imkanı yaratmadan da nəticə əldə etmək mümkündür. Məsələn, dünya çempionatının finalını göstərmək olar: Argentina finalda qapıya belə zərbə vura bilmədi, amma oyun 120 dəqiqə davam etdi. Bu gün bizə sadəcə qol çatmadı. Qol tortun üzərindəki albalıdır.

– Yeni transferlərin start heyətində yer almaması nə ilə bağlıdır?

– Mövsüm hələ yeni başlayır. “Nyu-Seynts”lə səfər matçında yeni transfer Junyor Almeyda meydana çıxmışdı. Biz çempion komandayıq və bu uğurda payı olan futbolçuları qiymətləndirməliyik. Onları əsas heyətdən çıxarmaq istəmirəm. Onlar komanda daxilində yaxşı anlaşırlar. Yeni futbolçular isə uyğunlaşmalı, komandanı daha yaxından tanımalıdırlar. Həqiqətən də çox keyfiyyətli oyunçular transfer etmişik. Mən həmişə ən güclü heyəti seçmək istəyirəm. Geniş heyətimiz var və hər bir futbolçu komandaya fayda verə bilər. Bu gün kifayət qədər yaxşı oynadıq, lakin daha çox qol vura bilərdik. Məhz buna görə məyusuq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 İyul 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri