“Çox səs gətirəcək” Məşhur şərhçi “Neftçi”nin yeni transferindən müsahibə aldı FOTO
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin məşhur futbol şərhçisi Ertəm Şener Bakıda səfərdə olarkən Neftçinin yeni transferi Vinsent Abubakarla görüşüb və ondan müsahibə alıb.
Bakupost.az xəbər verir ki, idman jurnalisti bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib və fotolarını paylaşıb.
““Neftçi” Bakı forması geyinən Abubakarla “YouTube” kanalı üçün möhtəşəm bir müsahibə çəkdim. Çox böyük səs-küy yaradacağına heç bir şübhəm yoxdur. Hər şeyi soruşdum və hər suala çox açıq şəkildə cavab aldım. Çox qısa zamanda yayımlayacağam”.
Şener “Neftçi” Bakı klubunun Baş direktoru cənab Cenk Sümerə qonaqpərvərliyinə görə minnətdarlığını bildirib: “Klubda əla bir baza və möhtəşəm bir struktur yaratmağa davam edir.
Təşəkkürlər, “Neftçi” Bakı.”
Qeyd edək ki, 33 yaşlı Kamerunlu futbolçu 3 mövsüm (2016-17, 2020-21, 2023-2024) Türkiyənin “Beşiktaş”, 1 mövsüm isə (2024-25) “Hatayspor” klublaunda forma geyinib.








Cavid, BakupPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 27 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















