“Çox yaxşı xatırlayıram, 13 14 yaşım var idi”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“1993-cü il o qadalı günləri yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız vəziyyətdə sığındıqları ilk yerlərdən biri Gəncə şəhəri idi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər rayonunda keçirilən II Bal Festivalında çıxışı zamanı səsləndirib.
O bildirib ki, həmin dönəm Kəlbəcərdən məcburi köçkün düşənlərin yerləşdirildiyi ilk məntəqələrdən biri Gəncə Dövlət Tibb Universitetinin yataqxanası olub:
“Həmin günləri mən bu gün də böyük faciə hissi ilə xatırlayıram. Yaşımın az olmasına baxmayaraq, həmin insanların ağır məşəqqətlərdən keçərək özlərini Gəncəyə çatdırmaları yaddaşımdadır.
Bu gün isə cənab Prezidentin siyasətinin nəticəsində biz Kəlbəcərdəyik. Kəlbəcər qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezidentin siyasətinin nəticəsində burada daha böyük işlər görüləcək.
Bu münasibətlə bütün kəlbəcərliləri təbrik edirəm. Sizi, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn diplomatları həmişə kəlbəcərlilərə layiq qonaqpərvərliklə qarşıladığınıza görə bir daha təbrik və sizə dərin təşəkkürümü bildirirəm.
Bundan sonra biz yenə də Kəlbəcərə gələcəyik. Amma artıq yalnız xoş günlərə, xeyir işlərə gələcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 12 Sentyabr 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















