“Çox zaman tender keçirən də, tenderi udan da eyni şəxs olur” SƏRT İDDİA
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
“Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, sitat: “Dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40%-dən çoxunda icra müddətində edilmiş dəyişikliklər aparılır və bu dəyişikliklər tender şərtlərinə uyğun və satınalanların xeyrinə deyildir. Elektron qaydada keçirilən açıq tenderlərdə formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanan müqavilələrin qiymətindən yüksək olması da narahatlıq doğuran məqamlardandır”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, tenderlərin bir çoxunda qiymət şişirtmələri edilir:
“Adam bundan artıq nə desin ki?! Sadə dilə tərcüməsi budur ki, dövlət büdcəsindən maliyyələşən təmir-tikinti işlərində müqavilə bağlanır, amma, sonra görülən işin, alınan materialların qiyməti şişirdilir, hər 10 müqavilənin 4-dündə belə hal baş verir və tender şərtləri, tenderi udanların xeyrinə pozulur. Sezar pizza
Hə, mən onu da əlavə edim ki, çox zaman tender keçirən də, tenderi udan da eyni şəxs(lər) olur. Yaxşı, indi sual yaranır – bu hallara görə indiyədək neçə məmur, vəzifəli şəxs cəzalandırılıb?!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 İyul 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















