Çoxları 2:3 hesabı ilə geri düşəndən sonra təslim olardı... Zommer Yamalın zərbəsini unutmayacaq
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında ilk oyunda heç-heçə etdiyi (3:3) "Barselona"nı əlavə vaxtda üstələyərək (4:3) finala yüksələn "İnter"in qapıçısı Yan Zommer fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Çox xoşbəxtəm. Əla oyun keçirdik. Hansı zərbəni unutmayacam? Lamin Yamalın endirdiyini sonuncunu... O, möhtəşəm oyunçudur. Xoşbəxtlikdən zərbəsi qola çevrilmədi. Çoxları 2:3 hesabı ilə geri düşəndən sonra təslim olardı, biz isə yox. Sonadək mübarizə apardıq və finala yüksəldik".
Xatırladaq ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək. İngiltərədə baş tutan ilk qarşılaşma Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflərin cavab oyunu bu gün keçiriləcək.
Nihat
Baxış sayı:105
Bu xəbər 07 May 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















