Icma.az
close
up
RU
Çoxlarının istifadə etdiyi məşhur dərman ürəyin evini yıxırmış

Çoxlarının istifadə etdiyi məşhur dərman ürəyin evini yıxırmış

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əhali arasında çox istifadə edilən ginseng gözlənilməz bir tibbi vəziyyətin mərkəzinə çevrilib. Kardioloq Dr. Sabri Onur Çağlar 29 yaşında, heç bir ürək xəstəliyi olmayan sağlam bir qadında yüksək dozada ginseng istifadəsindən sonra yaranan yeni başlanğıclı atrial fibrilasiya (AF) halını elmi ədəbiyyata daxil edib.

Milli.Az xəbər verir ki, bu hadisə dünya tibbində ginsengin sağlam insanda AF tətikləməsini ilk dəfə sübut edən sənədləşdirilmiş fakt kimi qeyd olunub. "Ginsengin paradoksal aritmiya yaradan təsiri: Sağlam bir yetkin insanda atrial fibrilasiya halı" başlıqlı məqalə European Journal of Case Reports in Internal Medicine jurnalında dərc edilib.

Türkiyədə özəl xəstəxanada yaşanan hadisəyə görə qadın, günlərlə davam edən güclü ürək döyüntüsü şikayəti ilə təcili yardıma müraciət edib. O, yorğunluğu aradan qaldırmaq üçün iki ay boyunca gündə 2 dəfə 500 mq qırmızı ginseng kapsulu qəbul etdiyini bildirib.

Təcili yardımda çəkilən EKQ nəticəsində ürək döyüntüsünün dəqiqədə 123 atımla nizamsız şəkildə döyündüyü müəyyən edilib və ona ciddi ritm pozuntusu - Atrial Fibrilasiya (AF) diaqnozu qoyulub.

Həkimlərin müdaxiləsi ilə xəstənin ürək ritmi bərpa edilib və ginseng istifadəsi tamamilə dayandırılıb. Tiroid funksiyası, elektrolit balansı və struktur ürək xəstəlikləri də daxil olmaqla bütün müayinələr normal nəticələnib. Mütəxəssislər AF-i tetikleyen yeganə amilin ginseng olduğunu bildirir.

Dr. Sabri Onur Çağlar ginsengin adətən "ürəyə faydalı" bitki əlavəsi kimi tanındığını, lakin bu hadisənin tam əksini sübut etdiyini bildirib: "Bu, paradoksal və təhlükəli təsirdir. Ginsengin pro-aritmik, yəni ritm pozucu potensialı olduğunu görürük. AF ilə gələn hər bir xəstədən bitki tərkibli məhsullardan istifadə edib-etmədiyi soruşulmalıdır."

Qadının ginseng istifadəsini dayandırdıqdan sonra tam sağalması, mütəxəssislərə görə problemin mənbəyinin məhz bu bitki əlavəsi olduğunu təsdiqləyir.

Nəzarətsiz istifadəsi gənc və sağlam insanlarda belə ciddi ritm pozuntularına səbəb ola bilər.

Döyüntü, ürək sıxılması və ya nəfəs darlığı yaşayan hər kəs istifadə etdiyi əlavələri həkiminə bildirməlidir.

Bu səs-küylü hadisə, "təbii" olduğu üçün təhlükəsiz hesab edilən məhsulların belə yanlış dozada qəbul edildikdə həyat üçün risk yarada biləcəyini bir daha göstərib.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri