Icma.az
close
up
RU
Çoxmərtəbəli binalarda yanğın riski: Onlarla insanın həyatı və əmlakı təhlükədə

Çoxmərtəbəli binalarda yanğın riski: Onlarla insanın həyatı və əmlakı təhlükədə

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakıda yeni yaşayış binalarının sayı artmaqdadır. Binaların sayının artması ilə onların təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Son günlərdə tez-tez yenitikili binalarda yanğınların baş verməsi xəbərlərini oxuyuruq. Həmin binalarda xeyli sayda insanın yaşadığını nəzərə alsaq, bir evdə yanğın baş verməsi onlarla insanın həyatının və əmlakının təhlükədə olması deməkdir. Bəs bu yanğınlara səbəb nədir?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Yaşayış binalarında 807 yanğın baş verib"

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, əslində yanğınların sayında əvvəlki dövrlərə nisbətən azalma mövcuddur: "2024-cü ilin doqquz ayı ərzində respublika ərazisində 1216 təhqiqatı aparılmış yanğın hadisəsi baş verib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə 135 ədəd və ya 10 faiz azalma deməkdir. O cümlədən 2024-cü ilin doqquz ayı ərzində yaşayış binalarında 807, açıq sahələrdə 32, nəqliyyat vasitələrində 256 və digər yanğınlarda isə 121 hadisə qeydə alınıb. Aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, yanğınların sayının ötən illə müqayisədə azalmasına nail olunub".

"Əsas səbəb vətəndaş səhlənkarlığıdır"

Yaşayış binalarında yanğınların başvermə səbəblərinə gəldikdə isə qeyd edildi ki, həmin hadisələr bir qayda olaraq, bəzi vətəndaşların səhlənkarlığı, habelə məişətdə standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə, mənzildaxili elektrik avadanlığı sistemlərinin işinin pozulması və digər səbəblərdən baş verir: "Odur ki, yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, azyaşlı uşaqları evdə nəzarətsiz qoymamaq, elektrik cihazlarını uşaqlara həvalə etməmək, elektrik xətləri və uzadıcıları həddindən artıq yükləməmək, mənzildən çıxarkən elektrik avadanlığı və qaz cihazlarını şəbəkədən ayırmaq və söndürməyi unutmamaq, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etməmək, söndürülməmiş kibrit və siqaret kötüyünü eyvandan yerə atmamaq, mətbəx, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamaq vətəndaşlara tövsiyə olunur".

"Yanğınların böyük əksəriyyəti elektrik şəbəkəsindəndir"

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, yanğının baş verməsi üçün üç element şərtdir: "İstilik, yanan material və oksigen. Evdə olan hər bir şeyin yanma riski var. İstilik də olduqda mütləq ki, yanğın təhlükəsi meydana çıxır".

Ekspertin fikrincə, istər fərdi evlər, istərsə də çoxmənzilli yaşayış binalarında yanğınların böyük əksəriyyəti elektrik təsərrüfatında baş verən qızma, qısaqapanma, alışma səbəbindən meydana gəlir: "O səbəbdən, evlərdə elektrik təsərrüfatının daim saz vəziyyətdə olmasına diqqət etmək lazımdır. Evdə istifadə olunan elektrik cihazları, avadanlıqlar hər biri sertifikatı olan, keyfiyyətli məhsullar olmalıdır. Həmçinin istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq nəzarət etmək lazımdır. Evi tərk etdikdə elektrik cihazlarını xətdən ayırmaq vacibdir. Elektrik şəbəkəsi tam normativ standartlara uyğun olaraq istismar edilməlidir".

E.Nurəliyev bildirdi ki, elektrik şəbəkəsində baş verə biləcək yanğınların qarşısını almaq üçün keyfiyyətli məhsuldan istifadə etməliyik: "Yanğınların statistikasında ən böyük pay elektrik təsərrüfatında baş verən yanğınlara aiddir. Elektrik təsərrüfatı saz vəziyyətdə olmazsa, normadan artıq yüklənmə baş verərsə, eyni anda bir neçə elektrik cihazı fəaliyyət göstərdikdə evin elektrik tutumu da buna uyğun olmadıqda, yaxud hər hansı bir izolyasiya pozulması olarsa, bu, qızma, qısaqapanma, alışma və yanğına gətirib çıxara bilər".

Binalardakı problemlər

E.Nurəliyevin sözlərinə görə, binalarda yanğın təhlükəsizliyi sistemi qurulmalı və qaydalara əməl olunmalıdır: "Yaranan təhlükənin qarşısının vaxtında alınması və insanların oradan təhlükəsiz təxliyə olunması, təhlükəsiz toplanış yerinin, ehtiyat su çəninin, yanğın xəbərdaredici siqnalizasiya vasitələrinin olması, yanğın dolablarının, hidrantların mövcudluğu vacibdir. Bunlara əməl olunduqda, insanların təhlükəsiz çıxarılması da mümkün olur. Ancaq təxliyə yolları, toplanış yerləri olmasa, ehtiyat su çəni təyinatı üzrə istifadə olunmursa, yaxud nasaz vəziyyətdədirsə, bu da yanğının qısa zamanda genişlənməsinə gətirib çıxarır. Bu sistemlər hadisə baş verdikdə daha tez qarşısının alınması və yayılmaması üçündür".

Ekspertin fikrincə, bir çox hallarda binalarda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilmir: "Binaların həyətində təhlükəsiz toplanış yerləri və ehtiyat su çəninin ətrafında yanğınsöndürmə maşınlarının oraya yan ala bilməsi üçün yer olmalıdır. Lakin əksər hallarda bu yerlərdə digər maşınlar saxlayır, yaxud digər məqsədlər üçün istifadə olunur. Belə olan halda da yanğınsöndürən maşın ehtiyat su çəninə yaxınlaşa bilmir".

"Elektrik şəbəkələri ildə bir dəfə yoxlanılmalıdır"

Müsahibimiz düşünür ki, ən vacib məqam insanların məlumatlandırılması və xəbərdar edilməsidir: "Yanğın təhlükəsizliyi məsələsinə binanı idarə edən MTK-lar ciddi yanaşmalıdır. Sakinlər özləri də bunu tələb etməlidirlər. Elektrik şəbəkələrində ildə bir dəfə ixtisaslaşmış müəssisə ilə qurumlar tərəfindən yoxlamalar həyata keçirilməlidir. Sakinlərə çoxmənzilli binalarda yanğın baş verdikdə necə davranmaq lazım olduğu, hansı təxliyə yolları ilə təhlükəsiz əraziyə keçid edilməli olduğu haqqında məlumatlar verilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Dekabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri