Icma.az
close
up
RU
Çoxşaxəli əməkdaşlığın inkişafı üzrə yeni mərhələ ŞƏRH

Çoxşaxəli əməkdaşlığın inkişafı üzrə yeni mərhələ ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ilə İtaliya Respublikası arasında münasibətlər uzun illərdir ki, ardıcıl şəkildə inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvilərdə geniş və çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Bu münasibətlərin formalaşmasında və inkişafında Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasət xüsusi rol oynayıb. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib və İtaliya ilə əlaqələr strateji məzmun kəsb edib. Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1997-ci ildə qarşılıqlı səfirliklərin açılması bu əlaqələrin institusional əsaslarını gücləndirib. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri isə münasibətlərin inkişafında mühüm dönüş nöqtəsi olub. Həmin səfər zamanı imzalanmış sazişlər gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edib. Sonrakı illərdə dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Xüsusilə 2018-ci ildə İtaliya Prezidenti Sergio Mattarellanın Azərbaycana səfəri və 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri əlaqələrin yeni mərhələyə keçməsini təmin edib. 2020-ci ildə Romada imzalanan “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” isə bu münasibətlərin hüquqi-siyasi əsasını möhkəmləndirərək yol xəritəsi rolunu oynayıb. Azərbaycan–İtaliya münasibətlərinin əsas istiqamətlərindən biri enerji sahəsidir. Azərbaycan uzun illərdir İtaliyanın əsas neft və qaz təchizatçılarından biri kimi çıxış edir. Bu kontekstdə Trans-Adriatic Pipeline xüsusi strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan bu layihə Azərbaycan qazının Avropaya, xüsusilə İtaliya bazarına çatdırılmasını təmin edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması, ticarət dövriyyəsinin təxminən 12 milyard dollara çatması və enerji ixracının böyük hissəsinin bu ölkəyə yönəlməsi münasibətlərin iqtisadi əsaslarını daha da gücləndirir. İqtisadi əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırması qarşılıqlı etimadın göstəricisidir. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində aktiv iştirak edir. Bu ərazilərdə həyata keçirilən 20-dən çox layihə infrastruktur, şəhərsalma, energetika və mədəni irsin bərpasını əhatə edir. Bu əməkdaşlıq həm iqtisadi inkişafı, həm də post-münaqişə dövründə Azərbaycanın quruculuq strategiyasını dəstəkləyir. Azərbaycan–İtaliya münasibətlərində humanitar sahə də mühüm yer tutur. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında elmi və intellektual körpü rolunu oynayır və yüzlərlə tələbənin təhsil almasına şərait yaradır. Eyni zamanda mədəni irsin qorunması sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada və Vatikanda həyata keçirilən bərpa layihələri, o cümlədən qədim abidələrin restavrasiyası mədəni diplomatiyanın uğurlu nümunəsidir. Son illərdə Azərbaycan–İtaliya münasibətləri yalnız enerji və ticarətlə məhdudlaşmayaraq hərbi-texniki əməkdaşlıq, texnologiya transferi, yüksək texnologiyalar və sənaye sahələrini də əhatə etməyə başlayıb. Həmçinin nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlıq iki ölkənin Avropa–Asiya bağlantısında rolunu daha da gücləndirir. 2026-cı il mayın 4-də Bakıda Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorgia Meloni arasında keçirilən görüş bir daha göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri artıq sadəcə ikitərəfli əməkdaşlıq deyil, çoxşaxəli strateji tərəfdaşlıq modelidir. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, investisiyalar, humanitar və mədəni əlaqələr bu münasibətləri regional və qlobal səviyyədə nümunəvi tərəfdaşlıq modelinə çevirib. Bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanaraq uzunmüddətli, dayanıqlı və perspektivli inkişaf xəttinə malikdir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri