Çoxu bu yolla Həccə gedir, amma günahdır Bilinməyən məqam isə...
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün sənəd qəbulu 2026-cı il fevralın 15-də bitəcək. Bu fonda sosial mediada yeni müzakirələr başlayıb. Bəzi istifadəçilər bildirirlər ki, əksəriyyət hazırda kredit götürərək Həcc ziyarətinə gedir və bu addım islam dininə ziddir. Digərləri isə bunun normal bir hal olduğunu düşünür.
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Həcc islam dininin ən mühüm və müqəddəs ibadətlərindən biridir.
Onun sözlərinə görə, hər bir müsəlman ömründə ən azı bir dəfə Həcc ziyarətini yerinə yetirməlidir:
“Bu, Allah tərəfindən vacib buyurulmuş ibadətdir. Biz Peyğəmbərimizin ümməti olaraq ömrümüzdə bir dəfə ata yurdumuzu, Həzrəti Adəmin ilk evini – Allahın evini ziyarət edirik. Bu yol insanlıq tarixinin böyük bir dərsini xatırladır və həmin dərsləri həyatın başqa heç bir məkanında bu şəkildə əldə etmək mümkün deyil. Həcc ibadətinin yerinə yetirilməsi üçün müəyyən şərtlər mövcuddur. Əsas şərt müsəlman olmaqdır. Bununla yanaşı, fiziki sağlamlığın və maddi imkanların kifayət qədər olması da vacibdir. Şəriət artıq 1400 ildən çoxdur ki, insanların Allahın evini bu prinsiplər əsasında ziyarət etməsini nəzərdə tutur”.
Ağa Hacıbəyli
İlahiyyatçı bildirib ki, islam prinsiplərinə görə insan borc və faiz (riba) hesabına Həccə getməməlidir:
“Qurani-Kərimdə bildirildiyi kimi, Həcc Allahın insanlar üzərində olan bir haqqıdır və bu, yalnız şəxsin maddi və fiziki imkanları çərçivəsində yerinə yetirilə bilər. Əgər insanın gücü və imkanı yetərli olarsa, Allahın evini ziyarət etməlidir. Quranda da buyurulur ki, kimin imkanı çatarsa, Allahın evinə bir yol tapıb getsin. Burada əsas meyar maddi və fiziki imkanlardır. Bu baxımdan kredit, borc və xüsusilə faizlə pul götürərək, qul haqqına girib Allahın hüzuruna getmək Ləbbeyk əmrinin ruhuna ziddir. İmkansız şəxslər üçün isə bu ibadət Allahın izni və nəsibi ilə mümkün ola bilər. Yalnız istisna hallarda, insan götürdüyü borcu Həccdən sonra rahatlıqla qaytara biləcəyinə tam əmindirsə, bəzi şəriət alimləri buna icazə verirlər. Lakin faizlə borclanaraq Həccə getmək dinimizə uyğun hesab edilmir. İman və ibadət prinsiplərinə hörmətlə yanaşmaq hər bir müsəlmanın borcudur”.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:36
Bu xəbər 30 Dekabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















