Icma.az
close
up
RU
Çoxuşaqlı ailələrə ŞAD XƏBƏR! Yeni təklif

Çoxuşaqlı ailələrə ŞAD XƏBƏR! Yeni təklif

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva hazırda təklif üzərində iş getdiyini bildirib. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli beşdən üçə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Statistik məlumata əsasən, Azərbaycanda uşaqlı ailələrin sayı 1 347 534-dür. Şəhər yerlərində 725 615, kənd yerlərində 621 919 uşaqlı ailə yaşayır. Onlardan 422 989 ailə biruşaqlıdır. Ölkədəki 557 814 iki uşaqlı ailənin 295 884-ü şəhər, 261 930-u kənd yerlərində məskunlaşıb. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.

Hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinət verilir və bu müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.

Maraqlıdır, görəsən, hökumət çoxuşaqlı ailə anlayışında dəyişikliyə gedəcəkmi? Demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Çoxuşaqlı ailə trend deyil"

Sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycan yaxın gələcəkdə çoxuşaqlı ailələrin stimullaşdırılması yönündə konkret addımlar atacaq: "Bunu şərtləndirən bir sıra səbəblər mövcuddur. Həm təbii artım getdikcə aşağı düşür, həm də keyfiyyətli və gənc əhaliyə həmişə ehtiyacı var. Nəzərə alaq ki, təbii artım tempinin aşağı düşməsi orta və uzaq perspektivdə səfərbərlik, əmək bazarı ilə bağlı problemlər yarada bilər. Eyni zamanda, təbii artımın aşağı düşməsi ilə mexaniki artım artır. Yəni, bu, ölkəyə miqrant axınını sürətləndirə bilər. Bunun qarşısını almağın yeganə yolu ailə planlaması və demoqrafik siyasəti təşviq etməkdir. Nəticədə miqrant axını olmayacaq, əhali təbii şəkildə çoxalacaq. Onsuz da Azərbaycanda beşuşaqlı ailələrin sayı 1-2 ildən sonra daha da aşağı düşəcək. Çünki artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib, çoxuşaqlı ailə trend deyil. İnsanlar düşünürlər ki, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər. Əsas meyar budur".

Təbii artımda ləngimə

Ekspert vurğulayır ki, Azərbaycanda təbii artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur: "Təsadüfü deyil ki, 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb. Bu tendensiya 2024-cü ildə də davam edib. Ona görə, çoxuşaqlı ailə anlayışının beşdən üç uşağa endirilməsi təklifi təqdirəlayiq haldır. Bu həm təbii artıma təkan verə bilər, həm də gənclər arasında ailə qurmağa marağı artırar. Eyni zamanda, ailələrin sosial rifahını, dayanıqlığını möhkəmləndirə və gənc əhalinin sayının artmasında dəstək kimi faydalı ola bilər".

300-350 milyon manat kifayətdir

İqtisadçı-ekspert Fuad İbrahimli bildirir ki, istənilən ölkədə təbii artım zəifləyən zaman demoqrafik nöqteyi-nəzərdən stimullaşdırma mexanizmi işə düşür: "Ailəyə olan münasibətlər baxımından məsələyə yanaşırıqsa, bizdə təbii artım siyasəti var və həmişə də olacaq. Bu baxımdan bizdə ailələrin stimullaşdırılmasına yanaşma demoqrafik nöqteyi-nəzərdən deyil, sosial cəhətdən olmalıdır. Yəni, çoxuşaqlı ailələr "uşaq pulu" ilə təmin edilməlidirlər. Çünki vətəndaşların gəlir və xərc mənbələri arasında böyük uçurum var. Bunu aradan qaldırmaq üçün müxtəlif yollar seçilməlidir. Ya istehlak səbətini tənzimləməliyik ki, reallığı əks etdirsin, ya da çoxuşaqlı ailələrə "uşaq pulu" verməliyik. Bu mənada yeni qanunvericilikdə çoxuşaqlı ailə anlayışının üçə endirilməsi müsbət haldır. İndiki şəraitdə buna ehtiyac var".

İqtisadçı sözügedən təşəbbüsün dəstəkləməsi üçün hökumətin kifayət qədər maliyyə resurslarına malik olduğu qənaətindədir: "Bu mexanizmin icrası maliyyə dayanıqlığı nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaratmır. Məsələnin yubanmasına səbəb büdcədə həmin istiqamət üzrə konkret vəsaitin ayrılmamasıdır".

Onun sözlərinə görə, büdcədən bu istiqamətə ildə təxminən 300-350 milyon manat vəsaitin ayrılması kifayətdir. Əgər sosial dəstək bütün kateqoriyadan olan uşaqları əhatə edərsə, bu məbləğ 550 milyon manat civarında ola bilər.

"Dəyişiklik hazırda 3 uşağı olan ailələrə də şamil edilə bilər"

Sosioloq, fəlsəfə doktoru Mail Yaqubun fikrincə, bu istiqamətdə qanunvericiliyə yenidən baxılması günün tələbidir: "Vaxt itirmədən bununla bağlı qanun qəbul olunmalı və dərhal icrasına başlanmalıdır. Hətta biz bu məsələdə xeyli gecikmişik. Çünki mövcud demoqrafik vəziyyətə uyğun aparılan hesablamalara görə, indiki gedişlə 2100-cü ildə Azərbaycan əhalisinin sayı səkkiz milyona düşəcək".

Onun sözlərinə görə, son illər dünyada gedən mənfi tendensiyalar Azərbaycanda da müşahidə edilir: "İlk növbədə, gənclərin ailə qurmağa və uşaq sahibi olmağa meyilləri azalıb. Uşaq dünyaya gətirməyi planlayan ailələr isə əksər hallarda bir uşaqla kifayətlənirlər. Bu da əhali sayının azalmasına səbəb olur. Bunun acı nəticələrini anlamaq fərdlərin deyil, dövlətin üzərinə düşür. Çünki qlobal problemləri ölkədə fərdlər başa düşə bilməz. Bunu dövlət düşünməli və vəziyyətə müdaxilə etməlidir. Əgər dövlət bu istiqamətdə addımlar atmağı hədəfləyirsə, alqışlanmalıdır".

Ekspert hesab edir ki, sözügedən qərar qəbul olunarsa, hazırda üç uşağı olan ailələrə də şamil edilməlidir: "Amma qanunun əsas təşəbbüskarları yəqin ki, bu dəyişikliyin qərar veriləndən sonrakı dövrü əhatə etməsi təklifini irəli sürəcəklər. Bununla yanaşı, ölkədə çoxuşaqlı ailələrin sayının azlığı nəzərə alınaraq dəyişikliyin hazırda üç uşağı olan ailələrə də şamil olunması gözləniləndir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Fevral 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri