Icma.az
close
up
RU
Çoxuşaqlı analar əlavə məzuniyyətə çıxa bilər? HÜQUQİ İZAH

Çoxuşaqlı analar əlavə məzuniyyətə çıxa bilər? HÜQUQİ İZAH

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşçilərin məzuniyyət hüququ həmişə aktuallığını saxlayır. Çünki işçiləri əmək prosesində ən çox maraqlandıran məsələlərdən biri də məzuniyyət, onun müddəti, istifadə hüququdur. Əmək Məcəlləsinə görə, işçilərin hər il minimum müddətdən (21 gün) az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə sosial, ödənişsiz, təhsil məzuniyyətindən istifadə etmək hüququ var.
Bəs çoxuşaqlı analar üçün əlavə məzuniyyət günləri verilməsi və qısaldılmış iş saatları mümkündürmü?
Mövzuyla əlaqədar sualları cavablandıran hüquqşünas Yeganə Mehdiyeva Bizim.Media-ya bildirdi ki, ümumiyyətlə Analıq Məzuniyyəti (dekret) qaydaları bütün analar üçün eynidir. Normal doğuş 126 gün (70 gün doğuşdan əvvəl, 56 gün doğuşdan sonra),  ağır doğuş 146 və ya 180 günə qədər uzana bilər. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən ana uşağın 3 yaşına qədər ödənişsiz əmək məzuniyyəti götürə bilər.
Bu müddət ərzində ana işdən azad edilə bilməz və onun iş yeri qorunur.
Bundan başqa isə çoxuşaqlı analar üçün iş yerində müəyyən güzəştlər nəzərdə tutulub. Belə analar qısaldılmış iş vaxtı hüququndan istifadə edə bilərlər. 14 yaşına çatmamış çox uşağı olan analara və ya əlil uşağa qulluq edən qadınlara iş vaxtını qısaltmaq, yaxud da əlavə güzəştli iş rejimi təklif edilə bilər.
Məzuniyyətə gəlincə isə Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən 14 yaşına çatmamış 3 və daha çox uşağı olan qadınlara, həmçinin əlil uşağa qulluq edən analara əmək məzuniyyətinə çıxarkən 2 gün əlavə istirahət verilir. Hətta 1,5 yaşına qədər uşaq üçün gündəlik 30 dəqiqə südvermə fasilələri də ayrılır. Sadəcə analar hüquqlarını bilib belə hallarda rəsmi şəkildə işəgötürənə müraciət ettməlidirlər”.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Sentyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri