Crocus City Hall da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Rusiyada 2-ci Qərb Dairə Hərbi Məhkəməsi Moskva məhkəməsində keçirilən səyyar iclasda Dalercon Mirzoyevin dindirilməsinə başlayıb.
Dalercon Mirzoyev 149 nəfərin öldüyü "Crocus City Hall"da terror aktına dair cinayət işində dörd əsas təqsirləndirilən şəxsdən biridir. Ümumilikdə iş üzrə 19 təqsirləndirilən şəxs var, daha əvvəl məhkəmə əsas təqsirləndirilən şəxs Şamsidin Faridunini dindirib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məhkəmə prosesi iştirakçılarından birinin sözlərinə görə, Mirzoyev ifadəsi zamanı bildirib ki, hücum edilən məqamda Rusiya hüquq-mühafizə orqanlarının hədəfinə çevriləcəyini dərk edib. Agentliyin mənbəsinin bildirdiyinə görə, Mirzoyevin ifadəsindən, həmçinin o da məlum olur ki, terror aktının törədilməsi zamanı bütün silahlılar düyməli telefonlardan istifadə ediblər.
Bundan əlavə, axtarışa verilən və Rusiya hüdudlarından kənarda olan terrorçuların kuratoru Sayfullo Merzoyevə hər şeydə Fariduniyə qulaq asmağı əmr edib.
Daha əvvəl istintaqın gedişatı zamanı müəyyən edildiyi kimi, Sayfullo silahlıların cəlb edilməsi ilə məşğul olub, onlara təlimatlar verib, eləcə də silahları haradan və necə əldə etmək barədə məlumatlandırıb, həmçinin terrorçuların hücum edəcəkləri obyektləri müəyyən edib və "Crocus City Hall" ziyarətçilərinin güllələnməsindən sonra terrorçuların qaçacağı istiqamətləri hazırlayıb.
Mirzoyev, həmçinin məhkəmədə təsdiqləyib ki, hücumdan əvvəl işin əsas fiqurantı olan Fariduni bütün silahlıları su içməyə məcbur edib və bu suyun içinə gizli şəkildə narkotik vasitələr əlavə edilmiş olub. Dindirilən əsas şübhəlilərdən biri əvvəl verdiyi bütün ifadələri təsdiqləyib və eyni zamanda, "Crocus" ziyarətçilərini necə və hansı silahla öldürdüyünü xatırladıb.
35 yaşlı Mirzoyev "Crocus City Hall" ziyarətçilərinin güllələnməsində birbaşa iştirak edən dörd terrorçudan biridir. Son 15 ildə fiqurant bir neçə dəfə Rusiyaya səfər edib və eyni zamanda, immiqrasiya qanunvericiliyini pozub, həmçinin inzibati məsuliyyətə cəlb edilib və sonrakı deportasiya üçün müvəqqəti saxlama mərkəzinə göndərilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















