Crocus City Hall dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyada "Crocus City Hall" törədilmiş terror aktı ilə bağlı keçirilən məhkəmədə dinləmələr zamanı adı açıqlanmayan şahidin ifadəsi oxunub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məhkəmə iştirakçılarından biri bildirib.
Müttəhimlər kürsüsündə oturan 19 təqsirləndirilən şəxsin hamısı Rusiyada terrorçu kimi qeydə alınıb.
"Məhkəmədə oxunan gizli şahidin ifadəsindən məlum olub ki, terrorçuların kuratoru hücumun təşkilatçısı təşkilatçı Şəmsiddin Fariduni ilə əlaqə saxlayıb və qırğızəsilli Alişer Kasimovun ona Moskva vilayətində mənzil kirayə verəcəyini deyib. Dörd silahlı"Crocus"a hücumdan əvvəl orada yaşayıb. Şahidin sözlərinə görə, o, bu məlumatı şəxsən Faridunidən özü alıb", - agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus"da terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, nəticədə 149 nəfər öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 07 Fevral 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















